Mirtağı Mustafayev: "Əsas məqsəd vətəndaşların onlayn müraciətlərə sövq edilməsidir

Mirtağı Mustafayev: "Əsas məqsəd vətəndaşların onlayn müraciətlərə sövq edilməsidirMirtağı Mustafayev: "Əsas məqsəd vətəndaşların onlayn müraciətlərə sövq edilməsidir"
Vətəndaş müraciətlərinin şəffaf və səmərəli idarəolunması məqsədilə "Azərişıq" ASC, "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində 17 xidmət üzrə fəaliyyət göstərir. 
Oxu.Az-ın məlumatına görə, müraciətlərin vahid bir pəncərə prinsipi əsasında idarə edilməsi məqsədilə Elektron Müraciətlərin İdarə Olunması Sistemi (EMİOS) yaradılıb.
1 saylı "ASAN xidmət"in qrup rəhbəri Mirtağı Mustafayevin sözlərinə görə, hər bir sahibkar onlayn qaydada obyektin enerji təchizatına qoşulması üçün müraciət edə bilər:
"EMİOS-a digər dövlət orqanları - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Vergi Xidməti, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyinin müvafiq şöbələri üzrə daxil olan məlumatlar inteqrasiya etdiyindən sahibkar məlumatları öz üzərində gəzdirmədən 150 kvt-a qədər mövcud və ya inşa ediləcək tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün müraciət edə bilər.
Eyni zamanda bu islahatlarla "Azərişıq" ASC tələb olunan gücü 150 kvt-a qədər mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasını elektron hökumət portalı üzərində də edə bilir".
M.Mustafayev bildirib ki, EMİOS artıq bir ildir fəaliyyət göstərir:
"Bu sistem barədə məlumat artıq Avropa Birliyi tərəfindən maliyyələşən OPSİ İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı tərəfindən rəsmi saytlarında dərc olunub. Bu sistemin fəaliyyətində əsas məqsəd vətəndaşların onlayn müraciətlərə sövq edilməsidir".
O da əlavə edilib ki, müraciət zamanı reyestr-qeydiyyat nomrəsi əlavə edilməklə CİS (Coğrafi İnformasiya Sistemi) və güc mərkəzi vasitəsilə obyektin məsafəsi müəyyən edilir.
400 metr daxilində sahibkar elektron hökumət portalı vasitəsilə müraciətinin ödənişini edir, 10 və 20 gün ərzində sahibkar enerji təchizatı şəbəkəsinə qoşulur.
Enerji təchizatına qoşulma işləri yerinə yetirildikdən sonra SMS xidməti vasitəsilə sahibkara linklə müvafiq sənədlər toplusu elektron qaydada göndərilir.
Könül Cəfərli

Sosial       Tarix: 15 mart 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber.az son xeberler az maşın realiti şou xabarlar