Mirzoyan: 'Tramp marşrutu' üzrə erməni-amerikan birgə müəssisəsi yaradılacaq
Bir daha deyirəm, razılaşma belədir: Ermənistan və Azərbaycan bir-birləri üçün nəqliyyat infrastrukturunu, bütün infrastrukturu açırlar.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistanın cənubundan keçən dəmir yolu hissəsinə "TRIPP" adı veriləcək. Nazir diqqətə çatdırıb ki, "TRIPP" marşrutu bır sıra prinsiplərə malikdir: "Bu prinsiplər yaxşı məlumdur, amma yenə təkrar edirəm: Ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, ölkələrin ərazilərindəki infrastrukturlara dair yurisdiksiyası və qarşılıqlılıq. Bir daha vurğulayıram ki, bu, "TRIPP" də daxil olmaqla, bütün kommunikasiyaların açılmasına aiddir".
XİN rəhbəri qeyd edib ki, "TRIPP"in Ermənistan hissəsinin texniki təfərrüatları Ermənistan və ABŞ tərəfindən razılaşdırılmalıdır: "8 avqustdan sonra biz və ABŞ artıq səy göstəririk və bu da gündəlik işimizdir. Hər şey razılaşdırıldıqda, bu şərtləri dərc edəcəyik. Bu dəmir yolunun tikintisi və istismarı üçün erməni-amerikan birgə müəssisəsi yaradılacaq.
Bir daha vurğulayıram: indiyə qədər razılaşdırılanlar dərc olunub və bu barədə Vaşinqton Bəyannaməsində oxuya bilərsiniz. Qalanları ABŞ və Ermənistan müzakirə edib aydınlaşdıracaq".
apa / azxeber.com

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib