Misir rəsmiləri uşaqların fotoşəklini çəkməyi qadağan etdilər
Misir rəsmiləri uşaqların fotoşəklini çəkməyi qadağan etdilər
Misirdə hakimiyyət küçələrdə foto və video çəkilişləri tənzimləyən qaydalar hazırlayıb.
Bu barədə yerli Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bu yenilikdən bir qədər əvvəl Qərb bloqerləri qeyd edirdilər ki, görməli yerlərin fotoşəklini çəkmək cəhdləri hüquq-mühafizə orqanlarının əməkdaşlarının marağına səbəb olurdu - təhlükəsizlik qüvvələri bəzən şəkillərin telefondan silinməsini tələb edirdilər.
Misirin Turizm Nazirliyindən açıqlama verilib ki, indi foto və videokameralar üçün xüsusi icazə tələb olunur. Bu, peşəkar işıqlandırma avadanlıqlarının istifadəsinə və ya yolun bağlanmasının zəruri olduğu hallara aiddir.
"[Çəkilişi aparan] bu və ya digər şəkildə Misiri ləkələyə biləcək şəkillər və ya videolar çəkməməyi və ya yaymamağı, həmçinin uşaqları çəkməməyi və vətəndaşları yalnız onların yazılı razılığını aldıqdan sonra çəkməyi öhdəsinə götürür", - deyə məlumatda qeyd edilir.
Eyni zamanda muzeylərdə və tarixi məkanlarda cib telefonları və şəxsi kameralarla çəkilişlər yalnız fləşdən istifadə etmədən mümkündür.
Mənbə: Gazeta.ru
Xidmetler [newsid: 0-123300]

Faiq Ağayevə ağır itki üz verdi
Azərbaycanda nə qədər işsiz var?
Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU
Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ
Mirziyoyev İlham Əliyevi təbrik etdi
Yeniyetmə bacı-qardaş göldə batdı - Qızın meyiti tapıldı
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan xəbər var - FOTO / Yenilənib
Ağcabədidə ağır qəza: yaralılar var
"Əbədi dostluq haqqında Müqavilə" imzalandı - FOTOLAR
Azərbaycanda ən çox bahalaşan ərzaq məhsulları - SİYAHI
Yunanıstan Azərbaycandan neft idxalını artırıb
Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə
Əlillik pensiyasından yaşa görə pensiyaya keçid: Hansı məbləğ daha sərfəlidir?
"Fənərbaxça"dan Taliska açıqlaması
Azərbaycanda şəkər və qənd istehsalı 31 %-ə yaxın artıb