Model Səmradan çağırış: 'Bu sənətə maliyyə dəstəyi ayrılmalıdır

Model Səmradan çağırış: 'Bu sənətə maliyyə dəstəyi ayrılmalıdır"Miss Universe 2025" yarışması sadəcə gözəllik müsabiqəsi deyil. Daha əvvəl qeyd etdiyim kimi, burada milli mədəniyyətimizi, azadlığı, gözəlliyi və bizim atributlarımızı – məsələn, xalçalarımızı, milli geyimlərimizi, Xarı bülbülü təqdim edə bilərik". 
azxeber.com xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında model Səmra Hüseynova deyib.
O, bildirib ki, biz bütün bunları Qarabağa, Azərbaycanın zəngin mədəniyyətinə aid simvollar kimi nümayiş etdirə bilərik:
"2022-ci ildə Ermənistanı təmsil edən iştirakçı milli geyim və Qarabağ xalçasını atribut kimi təqdim etmişdi. Ona görə də mən istərdim ki, bu il bizə də qismət olsun və sponsor dəstəyi ilə xərclər qarşılanaraq, biz öz milli mədəniyyətimizi təqdim edə bilək. Çünki imkan verməməliyik ki, bizim atributlarımız başqa ölkələr tərəfindən mənimsənilərək dünyaya təqdim olunsun".
Onun sözlərinə görə, biz sülh müqaviləsi bağlamış olsaq belə, ölkənin bu cür yarışlarda iştirak etməsi vacibdir:
"Azərbaycan xalqı uzun illər sülh içində yaşayacaq. Sadəcə istərdim ki, bu cür böyük rezonans doğuran yarışmalarda biz də iştirak edək. Xaricdən aktrisalar, modellər, futbolçular dəvət olunur, bu da çox gözəl addımdır. Amma eyni zamanda, biz özümüzü – Azərbaycan qadınının gözəlliyini, milli geyim dəyərlərimizi dünyaya göstərməliyik".
Model bildirib ki, idmançılara, balerinalara maliyyə dəstəyi ayrılır, lakin model sənətinə eyni diqqət göstərilmir:
"Model deyən kimi ilk ağıla çılpaqlıq gəlir. Halbuki balerinalar da səhnəyə alt geyimdə çıxır, kişi idmançıları – cüdoçular, karateçilər yarışlara idman geyimində qatılır. Onlara normal baxıldığı halda, model sənətinə bəzən yanlış yanaşılır. Halbuki burada məqsəd soyunmaq deyil, gözəlliyi və sənəti nümayiş etdirməkdir".
Səmra Hüseynova bildirib ki, "Miss Universe 2025" yarışması həqiqətən də böyük rezonans doğuran, bütün dünyada böyük maraqla izlənilən bir tədbirdir: 
"Hətta iqtisadi böhran içində olan ölkələr belə iştirak etməyə çalışır, çünki bu, çox önəmli bir mədəniyyət və təqdimat platformasıdır".

Şou Biznes       Tarix: 17 avqust 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR

Özünəməxsusluğu ilə fərqlənən gənc və sevilən  müğənni Zəminə Rəhimova növbəti dəfə tərzi ilə göz oxşayıb. xəbər verir ki, sənətçi milli motivlərlə müasir dəbin sintezindən ibarət yeni fotosessiyasını təqdim edib. Son illərd

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən canlı xankendi cəbhədən son dəqiqə kriminal xeber