"Modern Diplomacy" Qarabağ münaqişəsinin bitməsi ilə yaranan yeni regional enerji əməkdaşlığı imkanından yazır

"Modern Diplomacy" Qarabağ münaqişəsinin bitməsi ilə yaranan yeni regional enerji əməkdaşlığı imkanından yazır"Modern Diplomacy" Qarabağ münaqişəsinin bitməsi ilə yaranan yeni regional enerji əməkdaşlığı imkanından yazır
Avropanın media platforması olan "Modern Diplomacy" Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başa çatması ilə regionda yaranan yeni enerji əməkdaşlığı imkanından bəhs edən məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə noyabr ayında əldə olunan və dünyanın ən uzun müddət davam etmiş münaqişələrindən birinə son qoyan razılaşmanın bütövlükdə Qafqaz regionuna sabitlik gətirəcəyi bildirilir. Qeyd olunur ki, münaqişənin başa çatması ilə regionda çox böyük yeni enerji əməkdaşlığı imkanı yaranıb. Bu yeni əməkdaşlıqdan nəinki bütün region, dünya faydalanacaq. Hətta Ermənistan da bu əməkdaşlıqdan ən çox faydalanan tərəf ola bilər. Belə ki, blokada vəziyyətində olan bu ölkə üçün enerji təchizatı böyük problemdir. Ermənistan sovet dövrünün qalığı və dünyanın ən təhlükəli atom elektrik stansiyalarından biri olan Metsamordan istifadə etməyə məcburdur. Çernobıl kimi Metsamor stansiyası da köhnə və təhlükəli üsulla idarə olunur. Həmçinin Fukuşima kimi dünyanın ən seysmik zonalarından birində yerləşməsi bu təhlükəni daha da artırır. 1988-ci il zəlzələsindən sonra stansiya fəaliyyətini dayandırıb və enerji ehtiyaclarına görə 1995-ci ildə yenidən işə salınıb. 2004-cü ildə Avropa İttifaqı Metsamor stansiyasının bütün bölgə üçün təhlükə törətdiyini bildirib. 2011-ci ildə "National Geographic" Metsamoru dünyanın ən təhlükəli atom elektrik stansiyası adlandırıb. Bu gün Ermənistanın ümumi elektrik enerjisinin 30 faizindən çoxu nüvə bombası kimi təhlükəli olan bu stansiyadan asılıdır.
Məqalədə Azərbaycanda bərpa olunan enerji stansiyalarının tikilməsi yüksək qiymətləndirilir. Qeyd olunur ki, son illər Azərbaycanda çoxlu su elektrik stansiyaları, külək stansiyaları və günəş elektrik stansiyaları tikilib. Bu stansiyalar sayəsində 2030-cu ilə qədər ölkədə istehsal olunan enerjinin 30 faizi bərpa olunan enerjidən əldə ediləcək. /oxu.az

Sosial       Tarix: 25 dekabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 canli sosial yardim cəbhədən son durum valyuta mezenesi