Moldova Rusiya hərbçisinin Dnestryanı ilə bağlı sözlərinə REAKSİYA VERDİ
Rusiyanın Kişinyovdakı səfiri Oleq Vasnetsov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirib.
Açıqlamada Səfir Vasnetsovun nazirliyə çağırıldığı və Rusiya Silahlı Qüvvələri Mərkəzi Hərbi Dairəsinin komandanının müavini Rüstəm Minnekayevin Dnestryanı ilə bağlı dediyi sözlərin dərin iğtişaşlara səbəb olduğu bildirilib:
"Bu bəyanatlar əsassızdır və Rusiyanın Moldovanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən mövqeyinə ziddir".
Xatırladaq ki, komandan müavini Rüstəm Minnekayev dünənki açıqlamasında "Ukraynanın cənubuna nəzarət rusdilli əhaliyə zülm edildiyi Dnestryanı bölgədə çıxış yolunu təmin edəcək", – deyə bildirib.
Qeyd edək ki, Moldova 1991-ci ildə Sovet İttifaqından müstəqilliyini elan etdikdən sonra Dnestr çayının şərq sahilində yerləşən Dnestryanı bölgə birtərəfli qaydada müstəqilliyini elan edib.
Belə ki, Moldova ilə Dnestryanı arasında müstəqillik elan edildikdən sonra başlayan silahlı münaqişələr 22 iyul 1992-ci ildə atəşkəslə başa çatdı. Bundan sonra Rusiya "Sülhməramlılar" adlandırdığı hərbi hissələrini Dnestryanı bölgəyə yerləşdirdi.
İqbal Rzayev,
KONKRET.az

Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik