Mollalar Bakıya NÜVƏ HÜCUMUNA hazırlaşır? - İran Rusiyaya AĞIZ AÇDI

Mollalar Bakıya NÜVƏ HÜCUMUNA hazırlaşır? - İran Rusiyaya AĞIZ AÇDIABŞ kəşfiyyatı bildirib ki, İran Rusiyadan nüvə yardımı istəyir.
KONKRET.azxəbər verir ki, məlumat "CNN" telekanalında da yayımlanıb.
"Fars xəritəsi" və nüvə müharibəsi
İranın oktyabr ərzində Arazboyu ərazi, Azərbaycanla sərhəddə iki dəfə hərbi təlim keçirməsi, Ermənistanı "qırmızı xətt" adlandırması, Zəngəzur dəhlizinə etiraz olaraq Qafanda təcili və alayarımçıq konsulluq açması "Fars xəritəsi" üzrə planın tərkib hissəsi ola bilər. Sözügedən xəritənin özülü Səfəvilər dövründə vəzirdən yuxarı vəzifə görməyən fars qruplaşmasının xamxəyalıdır. Bunun ermənilərin "böyük ermənistan" utopiyası ilə də bağlılığı var.
Sadəcə, ayətullahlarla qriqoryanlar "dənizdən dənizə" məsələsində razılığa gələ bilməyiblər. Çünki cənubumuzu əsarətdə saxlayan İran şimali Azərbaycanı da zəbt etmək istəyib. Hətta Gülüstan və Türkmənçay müqavilələri zamanı indiki İran ərazisini idarə edən türklər Rusiyaya qalib gələ bilsəydi, məxfi fars qruplaşması 1921-ci ildəki kimi Qacarları devirib hər iki Azərbaycana yiyələnəcəkdilər. Ardınca isə molla rejimi gələcək və quzeyli güneyli Odlar Yurdu hansısa pedofil ayətullahların, şəxsi nəfs və maraqlarına görə fətva verən dini liderlərin ixtiyarına veriləcəkdi. Lakin bu baş vermədi, Azərbaycanın şimalı rus istilasına son verərək müstəqil oldu və hazırda cənubi Azərbaycan da fars əsarətindən qurtulmağa çalışır. Bunu görən Tehran axundları necə əl-ayağa düşüblərsə, məsciddə donuz saxlayanları fəxri qonaq, qardaş-qonşu kimi qələmə verirlər. Hərçənd məsciddə donuz saxlamaq və ziyarətgahlarla dolu islam respublikası tutuşmalı deyil. "Bəxt üzüyü" filmində Söylü demişkən, "Moşu, indiki sulara baxe, maykanı ağ salmışam, qara çıxır. Ayə, ekologiya budur?". Bəli, bəlkə də İran Ermənistan üzüağ girdi, amma qara çıxacaq.
İran Rusiyadan niyə nüvə silahı istəsin ki?
✓ Araz çayında təlim adı ilə çimişən İran ordusu Azərbaycan xüsusi təyinatlılarının manevrlərini görəndə çarəsizliklərini anladılar. Gördülər ki, bir-birinə "ya" qışqırmaq, ermənilərə "yan" bağırmaqla azərbaycanlıların tükünü də dəbərtmirlər. ABŞ-ın 70-ci illərdə Pəhləvi rejiminə verdiyi aviasiya ilə Azərbaycan səmasına qara bulud olmayacaqlarını dərk elədilər. İran İsrailə qarşı Cənubi Qafqazı, əsasən də Azərbaycan sərhədini ikinci cəbhə adlandırdı. Cavabında Azərbaycanın Türkiyə ilə birgə təlimləri, farsların Naxçıvandakı türk kölgəsindən narahatlıqları onları başqa hədə metoduna möhtac etdi. Rusiyaya verdikləri dron əvəzində uran istehsalçısı olan farslar Kremldən nüvə silahı diləndi.
✓ Amma molla rejimi bunu Fars körfəzi ağalığı, Səudiyyə Ərəbistanına ultimatum məqsədləri ilə də istifadə edə bilər. Şiəlikdən siyasi-ideoloji silah kimi yararlanan farslar Məkkəni də hədəf alsalar, təəccüblənmərəm. Onsuz da, məsciddə donuz saxlayanlarla dostluq edəndən nə desən çıxar. Həm də XXI əsrin müxtəlif illərində İran ayətullahları İslam dini ilə Qüdsdən Məkkəyə köçmüş qibləyə Kərbəla-Qum-Məşhəd əvəzetmələri təklif ediblər. Söhbət Həcc ziyarətinin məkanının dəyişməsindən gedir. Bundan başqa, Qüdsdəki partlayış və toqquşmaların Fələstin tərəfdən əsas dəstəkçisi İrandır. Qüds isə peyğəmbərlərin meraca ucaldığı şəhərdir. Yəni merac vətənini, Allahın "Əl-Quddus" (pak və bərəkətli) adını özündə əks etdirən şəhəri bombalamaq, münaqişə tüstüsünə bürümək ən böyük müşriklikdir.
O ki qaldı İranın qonşularından biri ilə savaşmaq riskinə, islam respublikası içdən parçalanmaq üzrədir. Vətəndaş müharibəsi gedən zamanda başqa ölkə ilə savaşmaq iki ayağın bir başmağa sığdırılması kimi çətin və uğursuz qərardır. Yoxsa Azərbaycan I Qarabağ savaşını uduzmaz, torpaqları işğala məruz qalmazdı.
Anar Rəhimov,
KONKRET.az
P.S. Rusiya da Ukrayna ilə genişmiqyaslı müharibədən qabaq Navalnini həbs etdirdi.

Siyasi       Tarix: 05 noyabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler azerbaycan son.xabar cəbhədən şad xəbər az xeber