Moskva-Bakı münasibətləri ilə bağlı YENİ MƏQAMLAR: "Kreml addım atmasa..."
"Rusiya və Azərbaycan arasındakı münasibətlərin gərgin olmasının səbəbkarıməhz Moskvanın özüdür. Bildiyimiz kimi, 2024-cü ilin dekabr ayında Azərbaycan təyyarəsi Rusiya səmasında vurulub. Bundan sonra cinayətkarların cəzalandırılması əvəzinə, hadisənin tamamilə inkar olunması və texnogen, təbii fəlakətlə əlaqələndirilməsi kimi arqumentlərlə Rusiya Azərbaycanla münasibətlərin korlanmasına gətirib çıxaran yanlış siyasət yürüdür".
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Taleh Əliyev səsləndirib:
Bu siyasətdən hər iki tərəf, xüsusilə, hər iki ölkədə yaşayan miqrantlar zərər görür. Eyni zamanda, hər iki ölkədən qarşılıqlı ticarətlə məşğul olan iş adamları da təsirlənir. Bu günlərdə Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci toplantısında iştirak edən Azərbaycan və Rusiya prezidentlərinin görüşməməsi onu göstərir ki, hələ də Bakı və Moskva arasında ortaq məxrəc tapılmayıb. Üstəlik, təyyarəmizi vuranların cəzalandırılmaması, Azərbaycanla münasibətlərin normallaşmasında ciddi maneə olaraq qalır".
Politoloqun sözlərinə görə, Rusiya tərəfindən sağlam münasibət sərgilənmədiyi müddətdə Bakı və Moskva arasında əlaqələrin bərpası mümkün olmayacaq:
"Çünki dekabr ayından bugünə qədər münasibətlərin pisləşməsinin, dövlətlərarası etimadın azalmasının şahidi oluruq. Yenə deyirəm, itirən hər iki tərəfdir, xüsusən də hər iki xalq və iş adamları zərər görür. Rusiya tərəfi nə qədər tez Azərbaycanla, o cümlədən digər dövlətlərlə münasibətlərdə beynəlxalq hüquqa söykənən, qarşılıqlı öhdəliklərin icrasına əməl edən mövqe nümayiş etdirsə, bu, hər iki dövlətin xeyrinə olacaq. Burada əsas məsuliyyət Rusiyanın üzərinə düşür və münaqişənin həlli üçün ilk addımı Kreml atmalıdır".
Müşviq Tofiqoğlu
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO