Moskva ilə Bakı arasında yeni reys açılıb
Moskva ilə Bakı arasında yeni reys açılıb
Cümə günü Rusiyanın Jukovski Beynəlxalq Hava Limanından Moskva ilə Bakı arasında yeni reys açılıb.
Bu barədə marşrut üzrə daşıyıcı olan "Red Wings" şirkətinin baş direktoru Yevgeni Solodilin bildirib.
"İlk uçuş 85% yüklə icra olundu, bu, yeni uçuş üçün çox yaxşı göstəricidir", - deyə Solodilin vurğulayıb.
Yeni uçuşlar həftədə iki dəfə cümə axşamı və bazar günləri Jukovskidən, bazar ertəsi və cümə günləri isə əks istiqamətdə həyata keçiriləcək.
Uçuşun müddəti 3 saat 30 dəqiqə olacaq, marşrut üçün 100 yerlik müasir komfortlu "SSJ100" təyyarəsi xidmət göstərir.
Aviadaşıyıcının baş direktoru Jukovskidən yeni marşrutun iki ölkə arasında turizm və biznesin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Paytaxtdan 25 km məsafədə yerləşən hava limanının özü üçün yeni istiqamət beynəlxalq nəqliyyat seqmentində ardıcıl 17-ci olub. Moskva ilə Bakı arasında hava əlaqəsinə "Aeroflot", "UTair" və "Azərbaycan Hava Yolları"nın təyyarələri də xidmət göstərir.
Mənbə: TASS / oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu