Moskva İrəvana etiraz etdi: Ermənistan səfiri XİN-ə çağırıldı
İrəvanda keçirilən "Avropa Siyasi Birliyi" Sammitində baş verən bəzi hadisələrlə əlaqədar Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi məlumatında bildirilib.
"Mayın 7-də Ermənistan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Qurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Onun Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşü keçirilib", – deyə məlumatda qeyd olunub.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, diplomatik missiyanın rəhbərinə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistanda Rusiya ünvanına terror xarakterli təhdidlər səsləndirməsi üçün şərait yaradılmasının qəbuledilməz olduğu çatdırılıb.
Qurum həmçinin vurğulayıb ki, İrəvan Zelenskinin Ermənistanda Rusiya ilə bağlı səsləndirdiyi fikirlərə lazımi reaksiya verməyib və belə yanaşma tərəfdaşlıq münasibətlərinin mahiyyətinə tamamilə ziddir.oxu.az
Xidmetler [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK