Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin GÖRÜŞÜ KEÇİRİLDİ
Dekabrın 6-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri – Şahin Mustafayev, Aleksey Overçuk və Mger Qriqoryanın həmsədrliyi ilə üçtərəfli işçi qrupunun on birinci iclası keçirilib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasında, eləcə də iki ölkə arasında iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına yönəlmiş səylər məsələsində Rusiyanın müsbət rolunu vurğulayıblar.
İclas iştirakçıları Azərbaycan, Ermənistan və Rusiyanı birləşdirən dəmir yolunun tikintisi, dəmir yolu rabitəsinin inkişafı və daşımaların təşkili ilə bağlı məsələləri müzakirə ediblər.
"Tərəflər Ermənistan, Rusiya və Azərbaycan liderləri tərəfindən imzalanmış regionda nəqliyyat və iqtisadi əlaqələrin bloklanmasına dair üçtərəfli bəyanatların icrası üzərində işi davam etdirəcəklər", – məlumatda deyilib.
Azərbaycan və Ermənistan tərəfləri görüşün təşkilinə və yüksək səviyyədə qəbula görə Rusiya Federasiyasına minnətdarlıqlarını bildiriblər.

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı