Moskvanı sülhə yalnız bu cür vadar etmək olar: Putin cə Rusiya ilə bağlı PƏRDƏARXASI MƏQAMLAR

Moskvanı sülhə yalnız bu cür vadar etmək olar: Putin cə Rusiya ilə bağlı PƏRDƏARXASI MƏQAMLARRusiyanın Ukraynaya qarşı müharibəni dayandıracağı ehtimalı beynəlxalq gündəmin əsas müzakirə mövzularından biridir. Hərbi ekspert Yevgeni Dikiyin fikrincə, Moskva yalnız iki halda sülhə razı ola bilər: ordusunun döyüş qabiliyyəti tükəndiyi və ya ölkə iqtisadi çöküş yaşadığı zaman. Maraqlıdır, bu şərtlərin yaxın perspektivdə reallaşması nə dərəcədə mümkündür?
Məsələni KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, bu yanaşma reallığa yaxın görünür:
Moskvanı sülhə yalnız bu cür vadar etmək olar: Putin cə Rusiya ilə bağlı PƏRDƏARXASI MƏQAMLAR"Rusiya hazırda müharibəni davam etdirmək üçün həm hərbi resurslarını, həm də iqtisadi imkanlarını maksimum səfərbər edib. Amma ordunun döyüş qabiliyyətini itirməsi birdən-birə baş verəcək hadisə deyil, daha çox tədrici prosesdir. Ukrayna Qərbdən fasiləsiz dəstək alarsa, texnoloji üstünlük rus ordusunun itkilərini artıracaq və effektivliyi zəiflədəcək".
Politoloqun sözlərinə görə, iqtisadi sahədə də Qərbin sanksiyaları Rusiyanın maliyyə sisteminə, enerji ixracına və texnologiya əldə etməsinə ciddi təsir göstərir:
"Amma Rusiyanın enerji bazarından tam çıxarılması hələ real deyil. Moskva Çinə, Hindistana və digər ölkələrə yönələrək iqtisadi çöküşün qarşısını almağa çalışır. Bu isə tam çöküşdən çox, uzunmüddətli yavaşlama və zəifləmə perspektivini göstərir".
Tural İsmayılov qeyd edib ki, ordunun mərhələli şəkildə zəifləməsi, iqtisadi struktur problemlərin dərinləşməsi, daxildə narazılığın böyüməsi və sosial yükün artması Kremlin mövqeyini çətinləşdirə bilər:
"Yaxınmüddətli perspektivdə nə tam hərbi güc itkisi, nə də tam iqtisadi çöküş real görünür. Amma orta və uzunmüddətli dövrdə bu şərtlərin hər ikisi mümkündür. Sülh üçün əsas katalizator məhz bu faktorlar ola bilər. Bununla belə, Kremlin siyasi iradəsi və ideoloji mövqeyi də həlledici amillərdən biridir".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 30 sentyabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber az en son xeber son xeberler 2026 son.xabar