MOSSAD-ın 8 aylıq DƏHŞƏTLİ SUİ-QƏSD PLANI - Fəxrizadəni parça-parça...

MOSSAD-ın 8 aylıq DƏHŞƏTLİ SUİ-QƏSD PLANI - Fəxrizadəni parça-parça...İsrailin kəşfiyyat təşkilatı MOSSAD iranlı nüvə alimi Möhsün Fəxrizadəni 8 aylıq plan nəticəsində öldürüb.
Publika.az xəbər verir ki, bu iddia İngiltərənin "The Jewish Chronicle" qəzeti tərəfindən kəşfiyyat mənbələrinə istinadən yayımlanıb.
Qəzetin xəbərinə görə, sui-qəsd İrana parça-parça daxil edilən 1 tonluq uzaqdan idarəetməli silahla təşkil edilib.
MOSSAD-ın 2018-ci ildə İranda apardığı əməliyyatlarda ələ keçirilən sənədlərdə Fəxrizadənin nüvə proqramının əsas şəxsi olduğu təsbit edilib. Planın tətbiqinə isə 2020-ci ilin mart ayında başlanılıb. Əvvəlcə bir qrup İsrail agenti yerli agentlərlə birlikdə çalışmaq üçün İrana göndərilib.
Həm israilli, həm də iranlılardan ibarət 20 agentin yer aldığı komanda Fəxrizadəni izləməyə başlayıb.
Qaynaqlardan biri komandanın son dərəcə detallı, dəqiqə-dəqiqə plan hazırladığını açıqlayıb: "8 ay adamla birlikdə nəfəs aldılar. Onunla ayıldılar, onunla yatdılar, onunla səyahət etdilər. Təraş losyonu istifadə etsəydi, onun belə qoxusunu ala bilərdilər".
Sonda alimin cümə günü Tehranın şərqindəki villasına gedərkən öldürülməsinə qərar verilib. İstiqamət, sürət, saat və hətta istifadə ediləcək qapılar nəzərə alınaraq uzaqdan idarəetməli və dəlillərin yox edilə bilməsi üçün bomba yerləşdirilmiş silah hazırlanıb.
Partlayıcı daxil, bir ton ağırlığındakı silah parça-parça İrana daxil edilib. Yol kənarındakı bir yük maşınının içinə yerləşdirilən silah Fəxrizadənin avtomobili yaxınlaşanda agentlər tərəfindən işə salınıb.
Fəxrizadə 13 güllə ilə öldürüldükdən sonra MOSSAD komandası bombanı partladıb. Qaynaqlardan biri agentlərin hamısının İrandan çıxmağı bacardığını söyləyib.
Sui-qəsdin ABŞ-ın müdaxiləsi olmadan İsrail tərəfindən gerçəkləşdirildiyi qeyd olunub.
Zümrüd

Dünya       Tarix: 11 fevral 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı


yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber bugun ən son xəbərlər bugün bugun xeberler xeberler bu gun