"Mövsümi viruslar yayılır: Kimlər risk altındadır?

Son günlər ölkədə virus infeksiyalarına yoluxma hallarında artım müşahidə olunur. Ölkədə geniş yayılan və uzunmüddətli davam edən virus halları əhali arasında narahatlığı artırıb.
Tibb elmləri doktoru, deputat Rəşad Mahmudov azxeber.com-a açıqlamasında deyib ki, ölkə üzrə müşahidə olunan virus infeksiyaları əsasən mövsümi respirator viruslarla əlaqədardır:
"Hazırda ölkə üzrə müşahidə olunan virus infeksiyaları əsasən mövsümi respirator viruslarla əlaqədardır. Bu qrupa qrip virusları, respirator sinsitial virus (RSV), adenoviruslar və digər yuxarı tənəffüs yolu infeksiyaları daxildir. Mövsüm keçidləri, xüsusilə qışdan yaza keçid dövründə temperatur dəyişkənliyi, insanların daha çox qapalı məkanlarda toplaşması və immun sisteminin nisbi zəifləməsi bu infeksiyaların yayılmasını sürətləndirən əsas amillərdir".
Deputat bildirib ki, əksər insanlarda xəstəlik yüngül keçir:
"Bu tip virus infeksiyaları adətən halsızlıq, hərarət, burun axması və ya tutulması, boğaz ağrısı, öskürək kimi simptomlarla özünü göstərir. Bəzi hallarda isə ürəkbulanma və ya ishal kimi əlamətlər də müşahidə oluna bilər. Əksər insanlarda xəstəlik yüngül keçir və 5–7 gün ərzində sağalma ilə nəticələnir. Bununla belə, uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər risk qrupuna daxildir və onlarda xəstəliyin daha ağır keçmə ehtimalı var".
Parlamentari virusdan qorunma yollarını da vurğulayıb. O söyləyib ki, qorunma tədbirləri isə sadə, lakin effektiv yanaşmalardan ibarətdir:
"Əl gigiyenasına riayət olunması, qapalı məkanların mütəmadi havalandırılması, xəstə şəxslərlə yaxın təmasdan çəkinilməsi, sağlam və balanslı qidalanma ilə immun sisteminin gücləndirilməsi mühüm rol oynayır. Zərurət yarandıqda tibbi maskalardan istifadə də yoluxma riskini azalda bilər.
Ümumilikdə, hazırkı vəziyyət mövsümi xarakter daşıyır və geniş narahatlıq üçün əsas yoxdur. Lakin simptomlar ağırlaşdıqda, uzun müddət davam etdikdə və ya yüksək risk qrupuna aid şəxslərdə müşahidə olunduqda, mütləq şəkildə həkimə müraciət olunması tövsiyə edilir".
Şahanə Ziyad

Sosial       Tarix: 19 mart 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bakıda hava limanında ƏMƏLİYYAT - FOTO

Ciddə-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlərin çamadanlarından gömrük orqanına bəyan edilməyən saat və planşetlər aşkarlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Hava Nəqliyyatınd

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xeber cəbhədən son görüntülər hava proqnozu xeberler