MSK seçki prosesini izləmək üçün xarici müşahidəçilərə dəvət göndərəcək
Ötən seçkilərdə prosesi izləyən xarici müşahidəçilərə dəvət göndərəcəyik.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iyunun 29-da keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı addımlar atacaq.
"Dairələrdə müşahidə aparmaq istəyənlər dairə seçki komissiyalarına müraciət edə bilərlər. Bu seçkilərdə də on minlərlə müşahidəçinin iştirakı gözlənilir", - MSK sədri qeyd edib.
Qeyd edək ki, Azərbaycanın bütün ərazilərində seçkilərin müşahidə edilməsi üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinə artıq başlanılıb.
Müşahidəçilərin qeydə alınması prosesi avqustun 22-dək davam edəcək. Seçki dairəsi ərazisində müşahidə aparmaq üçün isə avqustun 27-dək müraciət qəbul ediləcək. / azxeber.com

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib