MSK sədri Qubad İbadoğlunun qızının döyülməsi ilə bağlı yayılan videodan danışdı
MSK sədri Qubad İbadoğlunun qızının döyülməsi ilə bağlı yayılan videodan danışdı
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov 76 saylı Lənkəran-Astara seçki dairəsində seçki günü müşahidəçinin döyülməsi ilə bağlı yayılan videodan danışıb.
Oxu.Az-ın xəbərinə görə, M. Pənahov müşahidəçi Jalə Bayramovanın döyülməsini əks etdirən videonu izlədiyini bildirib:
"Videoda digər xanım müşahidəçiyə xəbərdarlıq edir ki, onu çəkməsin. O isə xəbərdarlığı qulaq ardına alaraq, çəkməyə davam edib. Belə olan halda mübahisə düşüb və həmin görüntü yayılıb".
MSK sədri bildirib ki, görüntüləri sosial şəbəkələrdə yayıb, bütün dünyaya çatdırırlar ki, həmin xanımı döyüblər, şikayət ediblər:
"Bu da bütün dünyaya dezinformasiya yaymaqdır. Çünki vətəndaşın hüququ var ki, onu kiminsə çəkməsinə icazə verməsin. Videoya çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib".
Qeyd edək ki, Jalə Bayramova iqtisadçı ekspert Qubad İbadoğlunun qızıdır.
Aqşin Kərimov /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı