Müasir idarəçi obrazı: "Yüksəliş" kimi seçəcək?

Müasir idarəçi obrazı: "Yüksəliş" kimi seçəcək?Müasir idarəçi obrazı: "Yüksəliş" kimi seçəcək?
Müasir dünya sürətlə dəyişməkdədir. Bu proses o qədər sürətlidir ki, bir vaxtlar yüz illər ərzində baş verən dəyişikliklər indi ən qısa müddətdə gerçəkləşir.
Cəmiyyətdə inkişafın sürəti insan modelinin özünə də ciddi təsir göstərir. Nəticədə, ənənəvi yanaşmalar aradan qalxır, ən yaxşı halda isə transformasiyaya uğrayır.
Təbii olaraq, idarəetmə modelləri də ciddi dəyişikliklərə məruz qalır, idarəçilərə münasibətdə yeni psixoloji tələblər formalaşır.
Elə bu səbəbdəndir ki, indi idarəçilik psixologiyasını və müasir idarəçi obrazını nəinki 100-200, hətta 10-15 il əvvəllə belə müqayisə etmək mümkün deyil. 
İdarəetmə modellərində dəyişikliyin bu sahəyə xas olan psixologiyanı da dəyişdirməsi zamanın tələbidir və təbiidir: müasir idarəçi olmağa iddialı şəxs idarəetmədəki yeni davranış modellərinə də sahib olmalıdır. Çünki yuxarıda da vurğuladığımız kimi, artıq idarəçinin öz obrazı da dəyişib.
Əgər əvvəllər idarəçilikdə inzibati metodlar daha üstün, daha doğrusu, birmənalı olaraq üstün mövqedə idisə, artıq rəhbərin özü də kollektivin bərabərhüquqlu üzvlərindən biri rolunda çıxış edir.
İndi idarəçi şəxs "Mən deyən kimi et" tərzli danışıq tonunu "Zəhmət olmasa, mən etdiyim kimi edin" tonuna dəyişməyə məcbur və borcludur. Empatiya hissi ənənəvi hakim cəhəti - eqoizmi əvəzləməli, amiranə tərz komanda ruhuna uyğunlaşan, tapşırıqların icrasında özü də iştirak edən idarəçi tərzi ilə əvəzlənməlidir. 
Müasir idarəçilikdə mühüm məqamlardan biri məhz komanda formalaşdırmaq və komanda şəklində iş qurmaq bacarığıdır. İndiki idarəçi üçün mühüm xüsusiyyətlərdən biri odur ki, komandanın üzvlərini tayfabazlıq, yerlibazlıq, qohumbazlıq və bu kimi bir çox digər zərərli yanaşmalarla deyil, işçinin səriştəliliyi, bilik və bacarıqları, peşəkarlığı, əsas effektivlik göstəricilərini qiymətləndirməklə seçsin. Çünki məhz düzgün formalaşdırılmış komanda düzgün qurulmuş iş deməkdir. Düzgün qurulmuş iş isə doğru və lazımi nəticənin təminatçısıdır. 
İşçilərin təlim və inkişafı, həvəsləndirmə və mükafatlandırılması müasir idarəçinin daim diqqət yetirməli olduğu məqamlardandır. Nəzərə almaq lazımdır ki, bütün sahələrdə gedən sürətli inkişaf peşəkar bilik və bacarıqların da fasiləsiz təkmilləşdirilməsini, səriştəlilik modellərinə yeni yanaşmaları tələb edir.
İstedadların idarə edilməsi, davamçıların hazırlanması və digər istiqamətlərlə yanaşı, təlim ehtiyaclarının düzgün müəyyənləşdirilməsi də olduqca zəruridir və çevik işçi modelinin formalaşdırılmasına birbaşa təsir göstərir. Vaxtında və məqsədyönlü təlimlərə cəlb edilmiş işçilərin inkişafı son nəticədə həm də rəhbərin işinin effektivlik göstəricilərinin yüksəlməsinə gətirib çıxarır.
Deməli, komandanın inkişafı müasir idarəçinin özünün də marağında olmalıdır. O, istedadları düzgün müəyyənləşdirmək və səriştəlilikləri idarə etməklə strateji hədəflərə nail olmağı və deməli, effektivliyi də təmin etmiş olur. Təbii ki, özünütəlim və özünüinkişafını da yaddan çıxarmamaq şərtilə.
Müasir idarəçilikdə əsas məsələlərdən biri də işin və səlahiyyətlərin düzgün bölüşdürülməsidir.
İnzibati metodlarla işləməyi üstün tutaraq, bütün səlahiyyətləri öz əllərində cəmləşdirmək vərdişi artıq özünü qətiyyən doğrultmur. Bu səbəbdən də səlahiyyətlər bölüşdürülməli, əvəzində isə hesabatlılıq artmalıdır.
Komanda işinin düzgün təşkili elə bir vəziyyətə gətirib çıxarmalıdır ki, burada əmrlərin kor-koranə yerinə yetirilməsi vərdişi hər kəsin şəxsi və komanda işinə görə cavabdehlik daşımaq bacarığına çevrilsin və hər kəs həm öz işinə, həm də komanda şəklində əldə olunmuş nəticələrə görə məsuliyyət daşıdığının fərqində olsun.
Təbii ki, idarəçi rəhbərin digər mühüm cəhətlərindən biri məhz bu məqamda üzə çıxır – rəhbərin özü öz hesabatlılığının əhəmiyyətini və vacibliyini dərk edirmi? Axı onun özünün hesabatlılığı da vacib şərtdir: həm də təkcə yuxarı qurumlar qarşısında deyil, öz komandası qarşısında hesabatlılığı. Bu, həm də onun müasir idarəçi kimi lazımi səviyyədə olması deməkdir və peşəkarlığının göstəricisidir.
Hesabatlılıq həm də məsuliyyətin parametridir ki, bu da müasir idarəçini ənənəvi inzibatçıdan ciddi şəkildə fərqləndirir. Söhbət isə təkcə şəxsi məsuliyyət yox, həm də sosial məsuliyyətdən gedir ki, bu xüsusiyyətin əhəmiyyəti artıq ayrı bir yazının mövzusudur. 
Müasir idarəçinin necə olması barədə danışarkən dəyişikliklərin idarə olunması və risklərin qiymətləndirilməsi kimi vacib xüsusiyyətləri də yaddan çıxarmaq olmaz.
Təsadüfi deyil ki, indi bir çox şirkətlər üçün idarəetmə alətləri siyahısında bu xüsusiyyətlər də var; onlar işin effektivliyini təkcə əldə edilmiş nəticələrlə ölçməklə kifayətlənmirlər. Əsas məsələ həm də sürətli dəyişikliklərə uyğunlaşmaq, böhran vəziyyətlərində minumum itki vermək, dəyişən dünyanın tələblərinə vaxtında uyğunlaşmaqdır.
Bu isə idarəçinin riskləri vaxtında görmə və qiymətləndirmə qabiliyyətindən çox asılıdır. Başqa sözlə, riskləri düzgün qiymətləndirmə dəyişikliklər dövründə uduzmamaq, əksinə, qazanmaq üçün ən vacib xüsusiyyətlərdən biridir. Son nəticədə bu, həm də şirkətin biznes-proseslərinin təhlükəsizliyinin təmin olunması deməkdir. 
Sözsüz ki, "Müasir idarəçinin obrazı necə olmalıdır?" sualına yüzlərlə cavab vermək, yüzlərlə vacib keyfiyyətdən söz açmaq olar. Lakin bundan da vacib məsələ odur ki, bu cür şəxslər kölgədə qalmasın, onlara öz potensiallarını reallaşdırmaq üçün imkan və şərait yaradılsın.
Son dövrlərin ən uğurlu layihələrindən biri olan "Yüksəliş" müsabiqəsinin hədəfi də məhz bu kimi xüsusiyyətlərə malik şəxslərin müəyyən edilməsidir. İdarəetmə bacarığı və intellektual səviyyəsi yüksək olan perspektivli şəxslərin üzə çıxarılması ölkəmizdə müxtəlif sahələrdə idarəçilikdə müasir yanaşmaların tətbiqi ilə nəticələnəcək ki, bundan qazanan da yalnız və yalnız Azərbaycan vətəndaşları olacaq. /oxu.az

Sosial       Tarix: 11 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


azerbaycan xeberleri son xeberler yeni xeberler dunyada son xeberler xəbərlər apa.az xeberler bu gunun xeberleri