"Mübariz postu"na bayrağımızı sancan baş leytenantın xanımı: "Onun qisası alındı" - FOTO/VİDEO

"Mübariz postu"na bayrağımızı sancan baş leytenantın xanımı: "Onun qisası alındı" - FOTO/VİDEO"Mübariz postu"na bayrağımızı sancan baş leytenantın xanımı: "Onun qisası alındı" - FOTO/VİDEO
Erməni silahlı qüvvələri sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı təxribatlar törədiblər. Həmin təxribatlara cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatları həyata keçirib. Əks hücum nəticəsində 44 gün davam edən İkinci Qarabağ Müharibəsi Azərbaycanın qələbəsi ilə sona çatdı.
Bu 44 gün ərzində Azərbaycan ordusunda xidmət edən bütün əsgərlər böyük şücaət göstərərək, Vətənin müdafiəsinə qalxdılar. Azərbaycanın Vətən müharibəsində öz canından keçən qəhrəmanlarımız qanı ilə tarix yazdılar.
Vətəni üçün canından keçənlərdən biri də baş leytenant Əhmədli Şahid oldu. Şəhidlik zirvəsinə ucalan Əhmədli Şahid Gülməmməd oğlu 1992-ci ildə Saatlı rayonunun Qaracalar kəndində dünyaya gəlib.
Qəhrəmancasına şəhid olan Şahid Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan posta Azərbaycan bayrağı sancan igid olub.
Bu barədə Oxu.Az-a onun həyat yoldaşı Dilşad Əhmədli məlumat verib.
"Mübariz postu"na bayrağımızı sancan baş leytenantın xanımı: "Onun qisası alındı" - FOTO/VİDEOO bildirib ki, həyat yoldaşı vətən uğrunda canından keçən Azərbaycan oğullarından biridir və onun xatirəsinin daim yaşaması istəyir:
"Həyat yoldaşım bundan əvvəl 2016-cı il Aprel döyüşlərində də iştirak edib. Öz cəsarəti və mərdliyi ilə seçilib. Buna görə mükafatlandırılıb. O qədər vətənpərvər insan idi ki, torpaqlarımızın azad olunması üçün Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyirdi. İkinci Qarabağ Müharibəsi başlayan ilk gündən həyat yoldaşım ön cəbhəyə yollanıb. Sentyabrın 26-sı bizimlə vidalaşıb döyüşlərə qatıldı və Tərtərin Talış kəndində gedən döüyşlər zamanı snayper gülləsinə tuş gələrək şəhid oldu.
Şahid haqqında danışmaq mənim üçün çox çətindir. Onun eləcə də digər şəhidlərimizin qisası alındı. Torpaqlarımız azad olundu. İstəmirəm ki, nə Şahid, nə də onun kimi qanı, canı ilə tarix yazan igidlər unudulsun. Hər birimiz onları tanımalı, xatirələrini əziz tutmalıyıq. Bu bizim mənəvi borcumuzdur".
"Mübariz postu"na bayrağımızı sancan baş leytenantın xanımı: "Onun qisası alındı" - FOTO/VİDEO"Onu da demək istəyirəm ki, Ş.Əhmədli Suqovuşanın alınması əməliyyatında, eləcə də Murov dağı silsiləsindəki Murov zirvəsinin azad edilməsi istiqamətində gedən döyüşlərdə də iştirak edib. Göstərdiyi qəhrəmanlığa görə,  Murov dağ silsiləsindəki zirvələrdən birinə həyat yoldaşımın adı veriləcək - Şahid zirvəsi. Xoşbəxtəm ki, onun xanımı, övladlarını anasıyam. Onun yoxluğu nə qədər ağır gəlsə də, şəhidlik zirvəsinə ucalması ilə fəxr edirəm", deyə D.Əhmədli bildirib.
"Mübariz postu"na bayrağımızı sancan baş leytenantın xanımı: "Onun qisası alındı" - FOTO/VİDEOXatırladaq ki, 28 yaşlı baş leytenant Şahid Əhmədlinin iki qız övladı var.
"Mübariz postu"na bayrağımızı sancan baş leytenantın xanımı: "Onun qisası alındı" - FOTO/VİDEOAllah bütün şəhidlərimizə rəhmət eləsin!

Könül Cəfərli 

Sosial       Tarix: 20 noyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm


yeni xeberler azerbaycan xeberleri son xeberler en yeni xeberler krimnal xeber bugünkü son xəbərlər siyaseti xeberler bugun