Mübariz Qurbanlı: "Azərbaycana münasibətdə hər kəsi ədalətli olmağa səsləyirik

Mübariz Qurbanlı: "Azərbaycana münasibətdə hər kəsi ədalətli olmağa səsləyirikMübariz Qurbanlı: "Azərbaycana münasibətdə hər kəsi ədalətli olmağa səsləyirik"
Avropa ilə Asiyanın qovuşuğunda, tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan müsəlmanların, xristianların və yəhudilərin əsrlərlə dinc şəraitdə yaşadıqları və tərəqqi etdikləri dünyəvi ölkədir. Azərbaycanda müxtəlif mədəniyyətlərə və dinlərə münasibətdə hörmət və tolerantlıq ənənəsi var. Müxtəlif dini icmalar ölkəmizin inkişafında fəal rol oynayırlar.
Bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Fransanın "Musulmans en France" portalına müsahibəsində yer alıb.
Mübariz Qurbanlı deyib ki, dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında mühüm amildir. Tarixən çoxmədəniyyətli və tolerant ənənələrlə zəngin cəmiyyəti olan Azərbaycan dövləti bu ənənələri möhkəmləndirmək siyasətini həyata keçirir. Qeyri-müsəlman, xristian, yəhudi, bəhai və digər dini icmalar cəmiyyətimizin ayrılmaz hissəsidir. Bu icmalar ölkəmizin həyatında fəal rol oynayır. Onların kilsələri, sinaqoqları, ibadət yerləri və abidələri Azərbaycan dövləti tərəfindən tam qorunur.
Komitə sədri qeyd edib ki, Bakı mədəniyyətlərarası dialoq platformasına çevrilib. Azərbaycan Prezidentinin təşəbbüsü olan "Bakı Prosesi"ndən söz açan M.Qurbanlı onun İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurasını bir araya gətirən yeganə dialoq platforması olduğunu vurğulayıb.
O, Azərbaycanın mədəniyyət və dini tolerantlıq sahəsində ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən danışıb.
Bakıda keçirilmiş Dünya dini liderlərinin II Sammiti haqqında məlumat verən sədr beş qitənin müxtəlif dinlərinin, eləcə də beynəlxalq təşkilatların rəhbərlərinin məhz Azərbaycanın paytaxtında bir araya gəlmələrinin təsadüfi olmadığını bildirib.
Müsahibədə Azərbaycanda bütün dinlərə bərabər əsaslarda münasibət olduğu bildirilib. Ölkəmizdə dünyəvilik və dini dəyərlər arasında ideal tarazlıq olduğu vurğulanıb. Erməni mənşəli Azərbaycan vətəndaşlarının da digər etnik və dini azlıqlar kimi sülh və təhlükəsizlik şəraitində yaşadıqları və dini rituallarını həyata keçirdikləri qeyd olunub. Azərbaycanda guya erməni mədəni və dini abidələrinin dağıdılması ilə bağlı iddialara cavab olaraq bildirilib ki, bu, qətiyyən belə deyil. Əksinə, 30 il idi ki, erməni silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan ərazilərindəki mədəni və dini abidələr ermənilər tərəfindən dağıdılıb.
M.Qurbanlı Azərbaycanın xristian irsini təkcə sərhədləri daxilində deyil, ondan kənarda da restavrasiya edərək qoruduğunu diqqətə çatdırıb. O, Heydər Əliyev Fondunun xristian dini abidələrinin restavrasiyası sahəsində həyata keçirdiyi layihələrdən söz açıb.
Komitə sədri Ermənistan-Azərbaycan münaqişəsinin heç vaxt dini xarakterə malik olmadığını vurğulayıb. O bildirib ki, Qarabağda hər iki icmanın üzvləri əvvəllər olduğu kimi, Azərbaycan dövlətinin tamhüquqlu vətəndaşı kimi birlikdə yaşayacaqlar.
Müsahibənin sonunda M.Qurbanlı fransız siyasətçilərə üz tutaraq deyib:
"Azərbaycana münasibətdə hər kəsi ədalətli olmağa və beynəlxalq hüquqa riayət etməyə səsləyirik. Çünki ədalətə və beynəlxalq hüquqa riayət olunarsa, yalnız Azərbaycan dəstəklənəcək".
Mübariz Qurbanlı: "Azərbaycana münasibətdə hər kəsi ədalətli olmağa səsləyirikMübariz Qurbanlı: "Azərbaycana münasibətdə hər kəsi ədalətli olmağa səsləyirik

Sosial       Tarix: 01 dekabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber bugun cəbhədən son görüntülər bu gunun xeberleri haqqinda melumat ən son xəbər