Müdafiə Nazirliyi tərxis olunan şəxsin narazılıqlarına CAVAB VERDİ

Müdafiə Nazirliyi tərxis olunan şəxsin narazılıqlarına CAVAB VERDİBəzi elektron KİV-lərdə vətəndaş Ağayev Rahib Savadxan oğlunun narazılığını əks etdirən görüntülər paylaşılıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, vətəndaş R.Ağayev Baş Klinik Hospitalda müalicə olunmaq üçün Müdafiə Nazirliyinə müraciət edib.
Vətəndaşın müraciətinə Müdafiə Nazirliyinin Tibb İdarəsində baxılıb və ona cari ilin fevral ayında müvafiq rəsmi cavab göndərilib.
Cavabda Müdafiə Nazirliyinin hərbi müalicə müəssisələrində hazırda həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların müayinə və müalicəsinin təmin edildiyi bildirilib. Hərbi xidmətdən tərxis olunan vətəndaşların isə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müalicə müəssisələrində ödənişsiz müalicə almaq hüququna malik olduğu qeyd edilib və vətəndaşın həmin qurumlara müraciət etməsi tövsiyə olunub.
R.Ağayevin hərbi xidmətə yararlı olması ilə bağlı qərarla bağlı isə bildirlib ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin göndərişinə əsasən 23.04.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən "Hər iki gözün sadə miopik astiqmatizmi nəticəsində görmə itiliyinin azalması. İrsi hemoqlobinopatiya" diaqnozu ilə şəhadətləndirilib.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"sinə uyğun olaraq, barəsində daxili orqanlarında funksiya pozulması olmadığından "Hərbi xidmətə yararlıdır" qərarı verilib.

Sosial       Tarix: 24 sentyabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


son xeberler azerbaycan xeberleri yeni xeberler hava haqqinda son.xeber sonxəbərlər sonxəbər