Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi həbs olundu
Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi həbs olunub.
Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin mühasibi vəzifəsində qulluq keçmiş Alı İsrayıl oğlu Əliyevin vəzifəli şəxs kimi təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü və üçüncü şəxslər üçün birbaşa və şəxsən külli miqdarda maddi neməti rüşvət istəməsinə və almasına əsaslı şübhələr olduğundan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham elan olunub və Bakı hərbi məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilib.
"Hazırda Hərbi Prokurorluğun İstintaq İdarəsində istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək", - məlumatda qeyd edilib. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR