Müəllimlərin sertifikasiya imtahanına ehtiyac varmı?

Müəllimlərin sertifikasiya imtahanına ehtiyac varmı?Elm və Təhsil Nazirliyinin qərarı ilə iyunun 20-dən etibarən 28 min müəllim üçün sertifikatlaşdırma imtahanına başlanılıb. Onlardan 8 500 nəfəri Azərbaycan dili və ədəbiyyat, 19 500 nəfəri isə ibtidai sinif müəllimləridir.
Sertifikasiya imtahanın keçirilməsini dəstəkləyənlər olsa da, müəllimlərə imtahan tətbiq edilməsinə qarşı çıxanlar da var.
azxeber.com mövzuya təhsil eksperti Elçin Əfəndinin münasibətini öyrənib.
Müəllimlərin sertifikasiya imtahanına ehtiyac varmı?O müəllimlərə sertifikasiya imtahanının keçirilməsini müsbət hal kimi qiymətləndirib:
"Təhsil müəssələrində çalışan müəllimlər sertifikasiya imtahanı verirlər. Müəllimlərin qiymətləndirilməsi vacib məsələ idi. Ötən il  2000-dən çox müəllim müsabiqə şərtini ödəyə bilmədi. Onlar bu il yenidən imtahan verəcəklər.  Sertifikasiyanın şərtlərinə görə, həmin şəxslər ikinci imtahandan da keçməzlərsə, onların əmək müqaviləsinə xitam veriləcək. Bu da bilik və bacarıqları yüksək olan şəxslərin prosesdə saxlanılması ilə nəticələnəcək. Təhsilalanların xeyrinə, cəmiyyətin inkişafına səbəb olacaq addımdır. Müvafiq müsabiqə şərtini ödəməyən şəxslərin prosesdən kənarlaşdırılması, əlavə vakant yerlərin çoxalmasına səbəb olacaq.
Bu isə qarşıdakı dövrdə müəllimlərin işə qəbulu zaman vakasiyaların 7-8 min deyil, daha çox olacağı deməkdir. 
Belə olduqda pedaqoji istiqamətdə təhsil alanlar müsabiqə şərtlərini ödədikdən sonra rahat şəkildə işlə təmin olunacaqlar".
Elçin Əfəndi qeyd edib ki, sertifikasiya imtahanı verən müəllimlərin bilik və bacarıqları onların əmək haqlarına da təsir edəcək:
"50 baldan yuxarı 35% , 30-40 bal isə 10 % təsir edir. Düşünürəm ki, bu müəllimlərin rəqabət marafonuna qoşulmasına, özlərini inkişaf etdirməsinə gətirib çıxarır. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. 60 yaşa qədər olan şəxslər də bu müsabiqədə iştirak edərək əmək haqlarının artırılmasına çalışmalı, bilik bacarıqlarını təkminləşdirməlidirlər".
Təhsil eksperti sertifikasiya imtahanına  niyə ibtidai sinif müəllimlərindən başlamasına da aydınlıq gətirib:
"İbtidai təhsil ən strateji təhsil pilləsidir. Təhsil verənin bilik bacarıqları nə qədər yüksək olarsa, şagirdlər daha yaxşı təhsil alacaq. Bu eyni zamada təhsil müəssələrində neqativ halların qarşısının alınmasına da müəyyən təsir edəcək". 
Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov azxeber.com-a açıqlamasında bildirib ki, təhsilin keyfiyyətinin artırılması üçün təkcə sertifikasiya imtahanı kifayət deyil:
Müəllimlərin sertifikasiya imtahanına ehtiyac varmı?"Müəllimlərin sertifikasiya imtahanın Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilməyə başladı. Xeyli müəllimimiz sertifikasiya imtahanında iştirak edib. Bu prosesin tənzimlənməsi müəllimlərin bilik bacarıqlarının artırılmasına yönəlib. Ancaq mən düşünürəm ki, paralel olaraq, təhsilin keyfiyyətinin artırılmasına da çalışmalıyıq. Yalnız sertifikasiya ilə iş bitməməlidir. Universitetlərimizdə də bu məsələyə ciddi yanaşılmalıdır. Ali təhsil müəssisələrində pedaqoji təhsilin keyfiyyətini artırmaq lazımdır ki, bu prosesə töhfə verək".
Şəbnəm Zahir

Sosial       Tarix: 21 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gunun xeberleri siyaseti xeberler bugun son xeberler azerbaycan xeber.az