"Muğam kostyumdan ibarət deyil" - Geyim qalmaqalı böyüyür
Xanəndə Pərviz Qasımov Əməkdar artist Babək Niftəliyevin tənqidinə cavab verib.
azxeber.com xəbər verir ki, bu barədə o, "Rəngarəng"də danışıb. Pərviz deyib ki, Babəklə dostluq münasibətləri var:
"Babəklə uzun illərdir dostluq edirik, böyük sənəti var. Azərbaycanda xanəndələr arasında bu tərzi, geyimi, saqqal stilini mən yaratmışam. Babəki də İlkin Əhmədovu da çox istəyirəm. Sadəcə olaraq orada xoşuma gəlmədi, deyir, özünə hörmət etməlidir. Gərək verilişdən sonra mənə zəng edərdi. Dünyada elə bir insan göstərin ki, həm sənətdə, həm idmanda uğur qazanıb. Kim deyirsə ki, muğamı kostyumda, qalstukda oxumaq lazımdır, ya da sanbal bundan ibarətdir...
Kişinin sanbalı qanındakı qeyrətidir. Kostyumla min hoqqadan çıxan xanəndələr var. Azərbaycanda ən çətin muğamları mən oxumuşam. Yarışdan qayıdım, meydan quraq, danışaq. Mənə bu geyim rahatdır, siz də bu əzələni ortaya qoyun ki, var. İdmançıyam, ona uyğun hörmət edin. İdman verilişlərinə idman geyimində, toylara kostyumda gedirəm. Sadəcə o toy bitmişdi, kişi toyu idi, 10 nəfər qalmışdı, öz dostlarımız idi, xahiş etmişdilər. Milli musiqi kostyumdan ibarət deyil axı. "Nəsimi" filmində milli musiqini milli geyimdə kim oxuyub?
Mənim o toydakı geyimim də brend idi. Axı heç kimin görkəmi yoxdur, yaxşı geyimdə çıxsınlar. Piyli qarınlarını göstərsinlər? Başqası o sözü desəydi, təkbətək söhbətə çağırardım heç nə deyə bilməzdi. Amma Babək mənim qardaşımdır, xətrini çox istəyirəm. Bu sözü başqası desə, qarşımda iki dəqiqə tab gətirə bilməzdi".
Qeyd edək ki, B. Niftəliyev "Gün ortası" verilişində Pərvizin idman geyimində muğam oxumasını tənqid etmişdi.
olay.az

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib