Muğanbankin maliyyə vəziyyəti məlum oldu…

Muğanbankin maliyyə vəziyyəti məlum oldu…"Muğanbank" ASC-də 2019-cu ilin nəticələri üzrə audit başa çatmışdır. Beynəlxalq Standartlar əsasında hazırlanmlş bankın maliyyə hesabatları "Baker Tilly Audit Azərbaycan" QSC tərəfindən audit edilmişdir.
Bankın maliyyə göstəricilərinə istinadən, 2019-cu ildə "Muğanbank" ASC-nin cəmi faiz gəlirləri 2018-ci il ilə müqayisədə azalsa da, komissiya gəlirləri 2 milyon 902 min manat və ya 24% artaraq, 15 milyon 49 min manat təşkil etmişdir. Faiz gəlirlərinin azalması Bankın kreditləşmə siyasətinin istehlak seqmentindən koprortiv seqmentə keçid etməsindən qaynaqlanır.
Eyni zamanda, 2019-cu ildə "Muğanbank" ASC-nin cəmi faiz və komissiya xərcləri 2018-ci il ilə müqayisədə 1 milyon 156 min manat və ya 3.8% artaraq, 31 milyon 229 min manat təşkil etmişdir. Komissiya xərclərinin artması nostro hesablarına görə artan xidmət haqqları səbəb olmuşdur.
Qeyd etmək lazımdır ki, ötən ildə bank problemli kreditlər üzrə ehtiyyatların yaradılması zamanı daha konservativ siyasət seçərək, bu kreditlər üzrə maksimum ehtiyyat yaratmışdır. Bu bir tərəfdən kredit portfelinin sağlamlaşdırılmasını təmin etsədə, digər tərəfdən bankın maliyyə göstəricilərinə təsir etmişdir ki, nəticədə bank 2019-cu ili 27 milyon 752 min manat zərərlə başa vurmuşdur.
"Muğanbank" ASC-nin nağd pul və pul vəsaitləri keçən il ilə müqayisədə 56 milyon 321 min manat və ya 105% artaraq 109 milyon 722 min manat təşkil etmişdir ki, bu da Bankın müəyyən qədər likvid vəsaitlərinin olmasını, eləcə də öhdəliklərinin vaxtında qarşılaya bilməsinin göstəricisidir.
Bankın yekun aktivləri 2018-ci il ilə müqayisədə 15.02% artaraq, 604 milyon 162 min manat təşkil etmişdir.
BANK BÖYÜYÜB, KƏND TƏSƏRRÜFATINA VƏ İNŞAAT SEKTORUNA VERİLƏN KREDİTLƏR ARTIB
31 Dekabr 2019-cu il tarixinə "Muğanbank" ASC-nin ümumi kredit portfeli sabit qalsa da, Bank kreditləşmə istiqamətlərində müəyyən dəyişikliklər etmiş və istehlak kreditlərindən daha çox kənd təsərrüfatı və inşaat sektoru üzrə fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsi üçün vəsait ayırmışdır. Belə ki, kənd təsərrüfatı sektoruna verilən kreditlərin həcmi 23 milyon 797 min manat və ya 62.2% artaraq, 62 milyon 50 min manat təşkil etmişdir. İnşaat sektorunda fəaliyyət göstərən müəssisələrə verilmiş kreditlər isə 27 milyon 471 min manat və ya 82.2% artaraq, 60 milyon 884 min manat təşkil etmişdir.
BANKA YERLƏŞDİRİLƏN MÜŞTƏRİ ƏMANƏTLƏRİ DƏ ARTIB
2018-ci illə müqayisədə 2019-cu ildə "Muğanbank" ASC-nin depozit portfeli 57 milyon 28 min manat artaraq 336 milyon 491 min manata yüksəlib. Müddətli əmanətlərin həcmi sabit qalsa da, artım əsasən cari hesablarda baş vermişdir.
SƏHMDAR KAPİTALI YÜKSƏLİB
Dövr ərzində Bank səhmdar kapitalında da artım həyata keçirmişdir. Belə ki, əlavə 7 milyon 500 min manat həcmində emisiya edilmiş və Bankın səhmdar kapitalı 95 milyon manatdan 102 milyon 500 min manata qalxmışdır.  /news.milli.az

İqtisadiyyat       Tarix: 01 iyun 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla


azerbaycan xeberleri yeni xeberler son xeberler cebheden xeber cəbhədən video idman xeberleri siyaseti xeberler bugun