Müğənni Gülarə Ağazadə: "Kişilər söz atır, telefon nömrəmi istəyirlər..." - FOTO
Müğənni Gülarə Ağazadə: "Kişilər söz atır, telefon nömrəmi istəyirlər..." - FOTO
Koronavirus pandemiyası, ardından xüsusi karantin rejiminin tətbiqi bir çox peşə sahiblərinə- xüsusilə də düz bir ildir işləməyən sənətçilərə təsirsiz ötüşməyib.
Bunlardan biri də aktrisa və müğənni Gülarə Ağazadədir.
Gəlirini itirərək taksi xidmətində sürücü kimi çalışmaq məcburiyyətində qalan sənətçi Media.Az-a yeni işinin çətinliklərindən danışıb.
"Kişilər bir qayda olaraq söz atırlar, telefon nömrəmi istəyirlər... Birini işə aparırdım, çatmamış mənə deyir ki, sizi öpə bilərəm? Bax belə səfehlərə də rast gəlirəm", - deyə o gileylənib.
G.Ağazadə deyib ki, gecələr də sifariş qəbul edir:
"Bu qorxuludur, amma neynəmək olar?! Mən taksi xidmətində qeydiyyatdan keçmişəm, buna görə, sifariş qəbul etdiyim zaman sistem gedəcəyim bütün yolu qeyd edir. Əks təqdirdə, əlbəttə ki, gecə müştərilərini, xüsusilə də kişiləri aparmaqdan çəkinərdim. Elə bu yaxınlarda üç kişini Masalıya apardım".
Müğənni yaddaqalan xoş hadisələrdən də bəhs edib:
"Yadımdadır, bir dəfə yenə müştəri aparıram. Sən demə karantindən əvvəl oxuduğum restoranın qonağı olubmuş. Yolda məndən onun üçün mahnı oxumağımı istədi, bunu məmnuniyyətlə etdim. Minnətdarlıq əlaməti olaraq, əlavə ödəniş etdi. Yeri gəlmişkən, bir çox müştəri məni tanıyır, şəkil çəkdirir, komplimentlər deyirlər. Düzü, minnətdarlıq hissi olan müştərilərmiz daha çoxdur".



Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ