Müharibə QAPIMIZDA!: Artıq Xəzərə çatdı - Bu baş versə

Müharibə QAPIMIZDA!: Artıq Xəzərə çatdı - Bu baş versəXəzər dənizində təhlükəsizlik mühitinin dəyişməsi Azərbaycan üçün kənar və ya abstrakt proses deyil. Bu akvatoriya ölkənin enerji strategiyasının, beynəlxalq nəqliyyat dəhlizlərinin və ümumi milli təhlükəsizlik arxitekturasının əsas dayaqlarından biridir.
KONKRET.az xəbər verir ki, məhz buna görə də Xəzərdə hərbiləşmənin artması və faktiki döyüş əməliyyatlarının bu məkana daşınması Bakının strateji maraqları baxımından ciddi narahatlıq doğurur.
Müharibə QAPIMIZDA!: Artıq Xəzərə çatdı - Bu baş versəTarixçilərin ümumi qənaətinə görə, Xəzər dənizi nə Birinci, nə də İkinci dünya müharibələri dövründə genişmiqyaslı hərbi əməliyyatlar meydanı olmayıb. XX əsrin əvvəllərində bölgədə fəaliyyət göstərən Volqa–Xəzər flotiliyası, sonradan Qırmızı Bayraqlı Xəzər Flotiliyası adlandırılan rus hərbi birləşmələri klassik dəniz döyüşlərindən daha çox silahsız mülki əhaliyə qarşı zorakılıqla yadda qalıb. 1918 və 1920-ci illərdə baş verən hadisələr Xəzərin uzun müddət hərbi qarşıdurmadan kənar saxlanıldığını göstərən tarixi fon yaradırdı.
Lakin yüz il sonra bu vəziyyət köklü şəkildə dəyişmək üzrədir. Rusiya–Ukrayna müharibəsinin coğrafiyası genişlənir və artıq bu qarşıdurmanın təsirləri Xəzər akvatoriyasında da hiss olunur. Ukraynanın son dövrlərdə Rusiyaya məxsus enerji obyektlərinə yönəltdiyi hücumlar Xəzəri faktiki olaraq yeni risk zonasına çevirib.

Bir neçə gün əvvəl Ukrayna pilotsuz aparatlarının "Lukoyl" şirkətinə məxsus "Rakuşeçnoye" yatağında yerləşən neft platformasına zərbə endirməsi barədə məlumatlar yayıldı. Bundan əvvəl Filanovski adına yataqdakı platformaya hücum edildiyi, "Oxotnik" adlı rus patrul gəmisinin zərər gördüyü bildirilmişdi. Müxtəlif vaxtlarda Filanovski və Korçaqin yataqlarındakı qurğuların, eləcə də İran istiqamətindən Rusiyaya silah daşıyan yük gəmilərinin hücuma məruz qalması Xəzərdə təhlükəsizlik mühitinin sürətlə dəyişdiyini göstərir.
Filanovski yatağı Rusiyanın Xəzər sektorunda ən iri enerji layihələrindən biridir və burada on milyonlarla ton neft, on milyardlarla kubmetr qaz ehtiyatı mövcuddur. Bu cür obyektlərin hədəfə çevrilməsi göstərir ki, müasir müharibə şəraitində dənizdə yerləşən enerji infrastrukturu artıq toxunulmaz hesab edilə bilməz. Bu presedent regiondakı bütün enerji istehsalçıları, o cümlədən Azərbaycan üçün yeni risk reallığı yaradır.
Müharibə QAPIMIZDA!: Artıq Xəzərə çatdı - Bu baş versəXəzərdəki gərginlik yalnız hərbi deyil, eyni zamanda geosiyasi və hüquqi ölçüyə də malikdir. 2018-ci ildə Aktau şəhərində imzalanmış Konvensiya Xəzərin sülh və əməkdaşlıq məkanı kimi saxlanılmasını, qeyri-sahilyanı dövlətlərin hərbi mövcudluğunun qarşısının alınmasını və akvatoriyanın hərbiləşdirilməsinin yolverilməzliyini nəzərdə tuturdu. Azərbaycan bu sənədi regional sabitliyin əsas mexanizmlərindən biri kimi qiymətləndirib. Lakin mövcud proseslər göstərir ki, real təhlükəsizlik çağırışları kağız üzərində razılaşmaları ciddi sınaq qarşısında qoyur.
Reallıqda Xəzərin hərbiləşdirilməsi istiqamətində ən ciddi addımlar məhz Rusiyanın özü tərəfindən atılıb. Moskva bu akvatoriyadan Suriyadakı hədəflərə raket zərbələri endirib, Xəzər üzərindən silah daşımaları həyata keçirib, strateji bombardmançılarını burada havada yanacaqla təmin edib. Daha sonra isə Xəzər Flotiliyasına məxsus gəmilərdən Ukrayna şəhərlərinə "Kalibr" raketləri buraxılıb. Beləliklə, Xəzər faktiki olaraq Rusiyanın uzaqmənzilli hərbi əməliyyat platformasına çevrilib.
Müharibə QAPIMIZDA!: Artıq Xəzərə çatdı - Bu baş versəAncaq Moskva bu fəaliyyətin cavabsız qalacağını hesablayıb. NATO qüvvələrinin Xəzərə daxil olması real görünməsə də, Ukraynanın pilotsuz texnologiyalar vasitəsilə bu akvatoriyaya çıxacağı kifayət qədər nəzərə alınmayıb. Nəticədə Ukrayna Xəzər Flotiliyasının Kaspiyskdə yerləşən bazasını, dəniz platformalarını və ayrı-ayrı gəmiləri hədəfə almağa başlayıb. Rusiya isə geniş akvatoriyada dron təhlükəsinə qarşı effektiv müdafiə mexanizmi formalaşdırmaqda çətinlik çəkir.
Bu proseslərin fonunda Azərbaycanın təhlükəsizliyi üçün bir neçə kritik risk formalaşır. İlk növbədə enerji təhlükəsizliyi məsələsi ön plana çıxır. Azərbaycanın əsas neft və qaz infrastrukturu — dəniz platformaları, boru kəmərlərinə çıxış nöqtələri və logistika marşrutları — Xəzərlə birbaşa bağlıdır. Hər hansı lokal hərbi insident belə ekoloji fəlakətə, hasilatın dayandırılmasına və ixrac zəncirinin pozulmasına səbəb ola bilər.
İkinci mühüm məqam regional hərbi balansın pozulmasıdır. Rusiya uzun illər Xəzərdə dominant hərbi aktor rolunu oynayıb və bu üstünlüyə əsaslanaraq siyasi təsir imkanlarını genişləndirib. Moskvanın öz sektorunda təhlükəsizliyi təmin edə bilməməsi isə qeyri-müəyyənlik yaradır və nəzarətsiz proseslər üçün zəmin formalaşdırır.
Üçüncü risk nəqliyyat və ticarət dəhlizləri ilə bağlıdır. Xəzər dənizi Orta Dəhlizin əsas komponentlərindən biridir. Burada risklərin artması Azərbaycanın tranzit ölkə kimi mövqeyinə, yük axınlarının təhlükəsizliyinə və investisiya mühitinə mənfi təsir göstərə bilər. Sığorta xərclərinin artması və təhlükəsizliklə bağlı əlavə tələblər uzunmüddətli iqtisadi nəticələr doğura bilər.
Nəhayət, hərbi-texniki aspekt xüsusi əhəmiyyət kəsb edir. Xəzərdə pilotsuz aparatların effektivliyi sübut olunduqca, dəniz və hava məkanının müdafiəsi məsələsi yeni texnoloji mərhələyə keçir. Bu isə Azərbaycanın dəniz təhlükəsizliyi konsepsiyasının hibrid təhdidlər fonunda davamlı şəkildə yenilənməsini tələb edir.
Müharibə QAPIMIZDA!: Artıq Xəzərə çatdı - Bu baş versəBeləliklə, Xəzərdə baş verənlər Azərbaycan üçün uzaq müharibənin əksi deyil, birbaşa milli təhlükəsizlik gündəliyinin tərkib hissəsidir. Regional sabitliyin qorunması, enerji və nəqliyyat infrastrukturlarının müdafiəsi, eləcə də beynəlxalq hüquqa əsaslanan Xəzər rejiminin saxlanılması Bakının əsas prioritetləri olaraq qalır. Mövcud proseslər isə bu prioritetlərin daha sərt, realist və qabaqlayıcı yanaşma tələb etdiyini açıq şəkildə göstərir.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 24 dekabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az 2026 xeberler bu qun bu gune olan xeberler havanın temperaturu