Müharibə tələsi - Ermənilər son hiyləyə ƏL ATDI - TƏHLİL

Müharibə tələsi - Ermənilər son hiyləyə ƏL ATDI - TƏHLİLSon günlərin əsas müzakirə mövzusuna çevrilən Azərbaycan və Ermənistan liderlərinin növbəti Brüssel görüşü başa çatar-çatmaz Ermənistan mətbuatında çaxnaşma höküm sürdü. İqtidaryönlü politoloqlar susmağa üstünlük versələr də, digərləri fərqli mövqelərdən çıxış etməyə başladılar. Çıxışların əsas xəttini təxribatçı bəyanatlar və erməni cəmiyyətində ruh düşkünlüyünə səbəb olan siyasi analizlər təşkil edirdi. Brüssel görüşünü və Avropa İttifaqının prezidenti Şarl Mişelin çıxışını fərqli mövqedən şərh etməyə çalışan erməni siyasi ekspertlər danışıqları Ermənistanın növbəti diplomatik məğlubiyyəti kimi dəyərləndiriblər.
Bəziləri isə guya Azərbaycanın Qarabağda müharibəyə başlaması iddiası ilə çıxış edib. Ermənistanın Təhlükəsizlik Xidmətinin keçmiş rəisi David Şahnazaryan bir qədər irəli gedərək Rusiyanın dəstəyi ilə Azərbaycanın regionda başlayacağı müharibə haqqında danışıb.
Əslində Şahnazaryanın sərsəmləməsi xüsusi metoddur. Yeni müharibəyə bağlı "həyəcan siqnalı" siyasi manipulyasiyadır və diqqəti regiona cəlb etmək məqsədi daşıyır. Müharibənin başlamasını arzulayan ermənilər yalnız savaş olacağı təqdirdə hazırkı danışıqların motivini dəyişdirilməsinin mümkünlüyünü düşünürlər.
Ona görə də müharibənin alovlanmasında maraqlıdırlar. Azərbaycanı yeni müharibəyə hazırlaşmaqda ittiham edən erməni ekspertlər yaxşı anlayırlar ki, hazırkı vəziyyət Azərbaycan üçün qəbulediləndir.
Beynəlxalq təşkilatların və Qərbin Azərbaycanın suveren hüquqlarını müdafiə etməsi ermənilərin planlarına uyğun olmadığından onlar qarşı tərəfi provakasiyaya çəkməklə Azərbaycanın mövqeyinə zərbə vurmaq niyyətindədirlər. Ermənilər müharibənin onlara gətirəcək bəlanın fərqində deyillər. Azərbaycanın siyasi mövqelərinin zəiflətmək üçün dağıdıcı müharibənin onlara vuracaq ziyanın fərqində olmayan ermənilər hesab edirlər ki, müharibə başlayacağı təqdirdə Azərbaycan geri addım atacaq və öz mövqeyində dəyişiklik edəcək. Onlar yenə vaxt qazanmaq, reinteqrasiyanı ləngitmək, regionda rusların köməyindən istifadə edib bir qədər güclənmək niyyətindədirlər.
Amma Qarabağ ərazisindən qeyri-qanuni erməni silahlı qüvələrinin çıxarılmasında Azərbaycanın mövqeyi qətidir və yaxın vaxtlarda silahlı birləşmələr ərazilərimizi tərk etməlidirlər.
Gündəmi çaşdıran Şahnazaryan və digər erməni ekspertlər isə sülhə mane olmaq, danışıqları pozmaq üçün yeni planlar düşünürlər. Azərbaycanın ünvanına hər cür ittihamlar səsləndirən ermənilər əslində regionda baş verən reallığı tam anlayır və sadəcə möcüzənin baş verəcəyinə ümid edirlər. Amma onların gözlədiyi ümid çoxdan ölüb.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 17 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler az xəbərlər son xeberler bugun 2026 azerbaycan valyuta mezenesi