Müharibənin son günü Şuşada şəhid olan Teymur Məcidzadə anılıb – VİDEO

Müharibənin son günü Şuşada şəhid olan Teymur Məcidzadə anılıb – VİDEOVətən müharibəsinin qəhrəman şəhidlərindın biri olan baş leytenant Teymur Məcidzadə doğum günündə anılıb. 
Azxeber.com xəbər verir ki, oktyabrın 10-da Bakının Xətai rayon ərazisində yerləşən "Montecarlo tower" restoranının rəhbərliyi tərəfindən təşkil edilən tədbirdə şəhidimizin ruhuna ehtiram göstərilib. Restoran rəhbərliyi T. Məcidzadənin xatirəsini yad etmək üçün mərasimin təşkilini üzərinə götürüb. Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, qazilər iştirak ediblər. Mərasimdə şəhidin keçdiyi həyat və döyüş yolundan bəhs olunub, göstərdiyi şücaətdən, qəhrəmanlıqdan danışılıb, ruhuna dualar oxunub.
T. Məcidzadə əslən Füzuli rayonundandı, Xətai ərazisində yaşayıb, Dövlət İqtisad Universitetini bitirib. O, 28 yaşında şəhadətə yüksəlib. Gənc baş leytenant Cəbrayıl, Füzuli, Şuşa döyüşlərində iştirak edib. Qazilər, şəhidin yaxınları, onu tanıyanlar Teymurun vətənpərvər bir gənc olmasından danışıblar. Onlar qeyd ediblər ki, Məcidzadə hər zaman torpaqların döyüş yolu ilə azad olunması gününü gözləyib və əmr verilən kimi müharibəyə qoşulub.
O, noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub və II Fəxri Xiyabanda uyuyur. T. Məcidzadə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Tədbir iştirakçıları şəhidin ad gününün qeyd olunmasına görə təşkilatçılığı üzərinə götürmüş "Montecarlo tower" restoranı rəhbərliyinə təşəkkür ediblər.

Sosial       Tarix: 10 oktyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


azerbaycan xeberleri yeni xeberler son xeberler son xabarlar en son xeberleri sonxəbərlər son xeber.az