Münasibətlərin bu səviyyəyə enməsinə səbəb Azərbaycan olmayıb
"Azərbaycan-Fransa münasibətlərinin mövcud durumu son 30 ildə ən aşağı səviyyədədir. Münasibətlərin bu səviyyəyə enməsinə səbəb isə Azərbaycan olmayıb".
KONKRET.az xəbər verir ki, bunu ilin yekunlarına dair keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, vəziyyətin bura gəlib çıxmasının əsas səbəbi Fransanın Azərbaycan-Ermənistan gündəliyini Fransa-Azərbaycan gündəliyinin əsas tərkib hissəsi etməsi olub.
"Fransanın mövqeyi daima ermənipərəst olub. Fransa uzun müddət iki ölkə arasında vasitəçi rolunda olarkən öz ermənipərəstliyini məharətlə 2020-ci ilə qədər gizlədə bilib. 2020-ci ildən sonra isə Fransa öz mövqeyini açıq nümayiş etdirib. İlk zərbələr iki ölkə münasibətlərinə o zaman dəyməyə başladı. Daha sonradan Fransanın bu mövqeyi dəyişərək azərbaycanafob mövqeyinə qədər inkişaf edib. Son zamanlar Fransanın mövqeyi Ermənistanın mövqeyini dəstəkləməklə məhdudlaşmır. Fransa Azərbaycana qarşı bir neçə kampaniyanın müəllifidir. Biz Fransa-Azərbaycan münasibətlərinin gələcək perspektivi barədə danışarkən deməliyik ki, bu ilk növbədə Fransadan asılı olacaq", – XİN rəhbəri vurğulayıb.
Xidmetler [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi