Münhen Konfransında ölkə başçımızın iştirakı ölkəmizin dünyada artan nüfuzuna yeni dəyərlər qazandırdı

Münhen Konfransında ölkə başçımızın iştirakı ölkəmizin dünyada artan nüfuzuna yeni dəyərlər qazandırdı"Cənab İlham Əliyev hər il bu konfransa dəvət alır. Bu konfransdakı iştirakımız həm ölkəmizin artan nüfuzuna daha da yeni çalarlar gətirir, həm də Prezident İlham Əliyevin artıq qlobal lider kimi ona görüşmək üçün göstərilən təşəbbüslər, ölkəmizə artan maraq və keçirdiyi ikitərəfli görüşlərdəki uğurlu nəticələr onu deməyə əsas verir. Prezidentimiz ölkəmizin milli maraqlarına söykənən siyasətilə yalnız geosiyasi yox, habelə qlobal anlamda qəbul edilən və hörmət olunan siyasi liderdir".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Prezident İlham Əliyevin Münhen səfərindən danışarkən deyib.
Deputatın fikirlərinə görə, İlham Əliyev Münhen konfransında ən çox diqqət göstərilən və hörmət edilən dövlət başçılarından idi:
"Ölkə başçımız konfrans çərçivəsində çoxlu ikitərəfli görüşlər keçirdi. Onu da qeyd etməliyik ki, bu görüşlərin təşəbbüsləri qarşı tərəfdən olurdu. Kifayət qədər təkliflərin çox olması hətta onun bir neçəsinin artıq vaxt azlığı ilə proqrama salınmaması bunu deməyə əsas verir ki, İlham Əliyev Münhen konfransındakı ən çox diqqət göstərilən və hörmət olunan ölkə başçılarından biri idi. Cənab Prezident konfransda Almaniya Kansleri, ATƏT-in sədri və bir çox ölkə ölkə başçıları, hökumət nümayəndələri ilə keçirdiyi görüşlərdə çox uğurlu nəticələr qazanıb və həmin görüşlərdə əldə edilən nəticələrə baxsaq, görərik ki, bu dövlət başçılarının, siyasətçilərin Azərbaycana böyük marağı var. Onlar Azərbaycanı dost ölkə adlandırırlar. Azərbaycanı həm bölgədə, həm də Avrasiya qitəsində, ümumiyyətlə, qlobal anlamda çox böyük bir dövlət kimi qəbul edirlər. Ölkə başçısı cənab İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi ikitərəfli görüşdə də Azərbaycanın təqdim etdiyi məsələlər öz əksini tapdı".
Millət vəkili bildirib ki, dövlət başçısı konfransda qeyd edib ki, sülh danışıqlarında vasitəçiyə ehtiyac yoxdur:
"Azərbaycan lideri konfransda dəfələrlə qeyd etdi ki, iki ölkə arasındakı sülh danışıqlarına, ümumən təmaslara vasitəçi lazım deyil. İki ölkə çox normal nümunələr ortaya qoya bilib. Düşünürük ki, iki ölkənin arasındakı görüşlər ikitərəfli keçirilməlidir. Bu görüşün təşkil olunması yenə də ölkəmizin təklif etdiyi formatda təşkil olundu. İlham Əliyev digər qlobal liderlərlə görüşlərində də artıq Qarabağ məsələsinin həl olunduğunu, Azərbaycan öz suverenliyini bərpa etdiyini və qarşıda sülh gündəliyinin əldə olunmasını həmçinin dünya gündəliyinə daxil olan məsələlərdə həm ölkəmizin milli maraqlarına söykənən siyasəti, həm qlobal lider kimi bu məsələlərin həll olunmasında öz fikirlərini bölüşməsi və onun çox maraqla dinlənilməsi bir daha onu deməyə əsas verir ki, Münhen Konfransında ölkə başçımızın iştirakı həm ölkəmizin dünyada artan nüfuzuna yeni dəyərlər qazandırır, həm də ölkə başçımızın beynəlxalq aləmdə qəbul olunan məşhur siyasətçi kimi bir daha onu qətiyyətini, uğurlu siyasətini və yalnız Azərbaycan üçün yox, dünya üçün də çox vacib hörmət olunan bir güclü siyasətçi kimi qəbul edilir. Bu da hər bir Azərbaycanlını qürurlandırır".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 20 fevral 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə


azerbaycan xeberleri yeni xeberler son xeberler qarabag xeberler cəbhədən xəbər xeberler bugun 2026