Müstəqillik Günü münasibətilə "Cümhuriyyət xatirələri" kitabı nəşr edildi
"Nar" 28 May Müstəqillik Günü ərəfəsində araşdırmaçı-yazar Dilqəm Əhmədin tərtib etdiyi "Cümhuriyyət Xatirələri" kitabını nəşr etdi. Müstəqillik günü münasibətilə nəşr olunan kitab Cümhuriyyət dövrünün ictimai-siyasi xadimlərinin yazılarının toplusudur.
Kitabda azərbaycanlı və türkiyəli ictimai-siyasi xadimlərin Azərbaycan Xalq Cümhuriyyətinin quruluşu, ordusu və işğal dövrü ilə bağlı yazıları yer alır. Eləcə də, tariximizin görkəmli şəxsiyyətlərinin müraciətləri, tərcümeyi-halları və fotoşəkilləri də oxuculara təqdim olunur. Əhatə etdiyi mövzuların əhəmiyyəti nəzərə alınaraq, ADA Universitetində müəllif Dilqəm Əhmədin iştirakı ilə "Cümhuriyyət Xatirələri" kitabının müzakirəsi də təşkil edilib.
Həmçinin, kitaba olan marağı nəzərə alaraq, "Nar"ın sosial media səhifələrində müsabiqə keçirilir: Milli tariximizlə bağlı təqdim olunan suallara cavab verən sosial şəbəkə istifadəçilərinə "Nar" Cümhuriyyət Xatirələri" kitabını hədiyyə edir.
Kitabın daha çox insana çatması və ələxsus görmə məhdudiyyətli şəxslər üçün də əlçatan olması məqsədilə, 28 may tarixindən etibarən "Cümhuriyyət Xatirələri" kitabını "Canlı Kitab" "YouTube" kanalında da dinləmək mümkün olacaq.
"Nar" ölkəmizdə və xaricdə yaşayan hər bir azərbaycanlını əziz bayramımız münasibətilə təbrik edir və milli dövlətçiliyimizin əbədi davam etməsini diləyir.

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR