"Müştəri Bank" istifadəçiləri ƏDV-ni avtomatik hesablayıb, ödəyə bilərlər
"Kapital Bank" ASC "Müştəri Bank"da mütəmadi olaraq hüquqi şəxs və fərdi sahibkarlara daha rahat və onlayn xidmətlər təqdim edir. Artıq sahibkarlar "Müştəri Bank" vasitəsilə mal və xidmətlərə görə ödənilən ƏDV-ni avtomatik olaraq formalaşdırıb, ödəyə bilərlər.
İndiyə qədər sahibkarlar ƏDV-ni manual olaraq özləri hesablayıb, sonra ödənişi həyata keçirə bilirdilər. Lakin yeni onlayn funksiya vasitəsilə sahibkarlar həm vaxtlarına qənaət etmiş olacaqlar, həm də hesabatlığı daha rahat formalaşdıra biləcəklər. Çünki ƏDV-nin məbləğini "Müştəri Bank" avtomatik hesablayır və sahibkarın əlavə ödəniş tapşırığı hazırlamasına ehtiyac yoxdur.
"Müştəri Bank" vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: təcili köçürmələr, büdcə ödənişləri, cari hesabın tam onlayn şəkildə açılması, əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarına mədaxil, əməkhaqqı kartlarının sifarişi və çatdırılması biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları sifarişi (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s.
"Müştəri Bank" sisteminə qoşulmaq üçün inkinə keçid etmək və yaxud (012) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Sistemlə həyata keçirilən bütün köçürmələr zamanı 25%-ə qədər güzəşt əldə etmək mümkündür.

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR