Müzəffər Ali Baş Komandan xalqa Novruz təbriklərini Xankəndi şəhərindən ünvanladı

Müzəffər Ali Baş Komandan xalqa Novruz təbriklərini Xankəndi şəhərindən ünvanladıÜmummilli Lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirərək bildirmişdir: "Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm".
Ulu Öndər Heydər Əliyevin vəsiyyətini və bütün Azərbaycan xalqının arzularını reallaşdıran Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 18 mart tarixində Xankəndi şəhərində Zəfər meydanında alovlandırdığı bayram tonqalı xalqımızın səbirsizliklə gözlədiyi gün idi. Dövlətimizin başçısının Novruz bayramı münasibətilə Xankəndidən xalqa ünvanlanan təbriki hər bir vətəndaş üçün böyük sevinc və xoşbəxtlik təntənəsinə çevrildi.
Dövlətimizin başçısı deyib: "Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir".
Cənab Prezident Xankəndidə xalqı təbrik etməklə yanaşı, bir sıra məqamlara da toxunaraq deyib ki, 2020-ci ildə baş verənlərdən Ermənistan nəticə çıxarmadı. İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Biz hansı yolla olur olsun, torpaqlarımızı azad etməli idik. 2023-cü ildə Azərbaycan işğala son qoydu.
Prezident İlham Əliyev təbrikində bu ilin 26 fevral tarixində Xocalı şəhərində xocalılarla birlikdə Xocalı Memorial Kompleksinin təməlinin qoyulduğunu da diqqətə çatdırdı. Xankəndidəki qanunsuz inşa edilmiş şeytan yuvası - dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası həmin tarixdə sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı.
Prezident nitqinin sonunda deyib: "Əziz həmvətənlər, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.
Mən bir daha əziz xalqımı qarşıdan gələn bayram münasibətilə ürəkdən təbrik etmək istəyirəm, Azərbaycan xalqına cansağlığı, yeni uğurlar arzulayıram. Qarabağ Azərbaycandır!".
Aytən Rüstəmova
Abşeron Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru / azxeber.com

Sosial       Tarix: 20 mart 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler sou xeberler metbuat valyuta mezenesi beynelxalq bank mezenne