Myasnikov "koronavirus rəvayəti"nə aydınlıq gətirdi
Tanınmış həkim Aleksandr Myasnikov koronavirus barədə yayılan rəvayətlərə aydınlıq gətirib.
Milli.Az xəbər verir ki, həkim koronavirusun ev heyvanları vasitəsilə ötürülə bilmədiyini deyib.
"Heyvanlar yeni tip virusa yoluxa bilər, lakin insanlara keçməz!", - deyə Myasnikov qeyd edib.
O bildirib ki, COVID-19-un ötürülməsinin yeganə sübut olunmuş yolu hava yolu ilə infeksiyadır. Bu vəziyyətdə infeksiya su, əllərin dərisi vasitəsilə, hamiləlik zamanı anadan dölə, həmçinin havalandırma sistemi vasitəsilə ötürülə bilməz. Myasnikov koronavirusun çirklənmiş səthlər, xəstəxanalarda havalandırma sistemi, həmçinin qan vasitəsilə yoluxma ehtimalının az olduğunu da qeyd edib.
Xatırladaq ki, Myasnikov, COVID-19-a qarşı peyvəndin gec başa gələcəyini açıqlamışdı. Onun sözlərinə görə, klinik sınaqlar üç ildən beş ilədək davam edə bilər. Həkim qeyd edib ki, peyvəndin inkişafı məhdud sayda insan üzərində sınanması ilə sürətləndirilə bilər, lakin bütün əhali üçün yeni dərmanların istifadəsi təhlükəlidir. Eyni zamanda Myasnikov istisna etməyib ki, bir müddət sonra peyvəndə ehtiyac olmaya bilər. (publika.az)
Milli.Az /news.milli.az
Turlar.az [newsid: 0-123300]

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ