"Naabarod" qızışıyoruz" deyən sakin görün kim imiş - FOTOLAR

"Həmin gün Ermənistan məğlubiyyətinin acısını Azərbaycanın dinc əhalisindən çıxmağa çalışdı. Başladılar Gəncəni raket atəşinə tutmağa. Gəncə beş dəfə atəşə tutuldu, amma hər atəşdə əhalimiz daha da qorxusuz oldu".
Bu sözləri Oxu.Az-a açıqlamasında 90-cı illərin Qarabağ müharibəsi iştirakçısı, Gəncə batalyonunun komandiri olan Taryel Şahverdiyev deyib. O vaxt snayper gülləsi ilə yaralanan T.Şahverdiyev bu gün də müharibənin ağrılı xatirəsi olan gülləni bədənində daşıyır:
"Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket hücumuna məruz qalmasından bir il ötür. Təsəvvür edin raket atmalarına baxmayaraq, heç kim qorxub, ərazini tərk etmirdi. Gəncə səhv etmirəmsə, beş dəfə raket atəşinə tutuldu. Beş gün ərzində 8-9 iri obyekt tamamilə məhv oldu.
Gəncəyə atılan raketlərdən biri Təzə bazar ərazisində, digəri Qələbə parkına, 29 və 4 nömrəli məktəblərin ətrafına, Əziz Əliyev küçəsinə və İmamzadə tərəfə düşmüşdü. Ən çox ziyan Qələbə parkı tərəfdə olan yaşayış massivlərinə dəyib. Lakin əhalimiz, ümumiyyətlə xalqımız o ağır günlərdə birlik olub, geri çəkilmədi. Gəncəyə şəhid gələndə cavanlar şəhidlərə sözün yaxşı mənasında paxıllıq edirdi ki, "niyə onlar şəhid olub, biz yox". Gəncə əhalisinin mərdliyi də o hadisə ilə bütün dünyaya çatdırıldı".
Ötən il raket atəşinə tutulan Gəncədən Türkiyə mediasına açıqlamasında "Gəncə əhalisi qan görəndə qorxmuyor, qan görəndə "naaborod", qızışıyor" sözləri ilə gündəm olan T.Şahverdiyev deyir ki, bu fikirlər bir anda söylənib:
"Vallah, o sözlər bir təsadüf idi. Yəni, planlaşdırılmış çıxış deyildi. Dünyada yeganə millət bizik ki, raket atılan yerdən qaçmırdıq. Tam əksinə, istiqaməti öyrənib ora qaçırdılar ki, əllərindən gələn kömək varsa, etsinlər. Dostumla mən də Təzə bazar ərazisinə getdik. Əlimizdən gələn köməyi etməyə çalışırdıq. Orada raketin qalıqlarını axtarırdılar. Biz də aidiyyəti qurumların əməkdaşları ilə birgə həmin qalıqları tapdıq və həmin görüntüləri yerli, xarici mediaya nümayəndələri çəkdi. Hadisə barədə türk jurnalist açıqlama götürdü. Orada üç dəqiqəyə yaxın çıxışım olub, sadəcə o hissəni kəsib yayıblar. Elə ondan sonra uşaqlar, böyüklər başladı o sözü işlətməyə, mənim fotolarımı sosial şəbəkədə paylaşmağa. Xalqıma sözüm odur ki, bundan sonra bu məmləkətin ən gözəl yeməyini şəhidin balası yeməlidir, ən gözəl işdə şəhidin balası işləməlidir. Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə 44 gün ərzində illərdir işğal altında olan torpaqlarımızı azad etdi, şəhidlərimiz canlarından keçdilər. Allah bütün şəhidlərə rəhmət eləsin, qazilərimizə can sağlığı versin".

Sosial       Tarix: 11 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


azerbaycan xeberleri yeni xeberler son xeberler son xabarlar en son xeberleri sonxəbərlər son xeber.az