Naftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işə başlayıb - FOTOLAR

Naftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işə başlayıb - FOTOLARNaftalanda Beynəlxalq Elmi-Praktik Konfransın keçirilməsində əsas məqsəd tibbi turizm sahəsində qabaqcıl təcrübələrin və bu sahədə aparılmış elmi tədqiqatların nəticələrinin öyrənilməsi, turizm sənayesində maraqlı tərəflər arasında qarşılıqlı əlaqələrin qurulması, mədəni mübadiləni aktivləşdirmək üçün turizmin inkişafını təşviq etmək və tibbi turizm sektorunun inkişaf perspektivlərini müəyyənləşdirməkdən ibarət olub.
Konfransda Azərbaycan, Türkiyə, Latviya, Litva, Qazaxıstan, Özbəkistan Respublikalarının, Almaniya Federativ Respublikasının, Rusiya Federasiyasının turizm, səhiyyə, sanator-kurort sahələrinin mütəxəssisləri və dövlət-hakimiyyət orqanlarının nümayəndələri iştirak edib.
Konfransın ilk günü iştirakçılar tərəfindən Heydər Əliyev parkının ərazisində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. 
İştirakçılar dünyada müalicəvi xüsusiyyətlərinə görə unikal Naftalan nefti ilə yaxından tanış olub. 
Konfrans çərçivəsində iştirakçılar şəhərin Qaşaltı Qaraqoyunlu kəndi ərazisində eneolit, tunc və orta əsrlər dövrünə aid unikal çoxtəbəqəli yaşayış yerində aparılan arxeoloji qazıntı işləri ilə tanış olublar, qazıntılar zamanı aşkar edilmiş eksponatlar nümayiş etdirilib.  
Bu da Naftalanda alternativ turizm imkanlarının yaradılmasına öz töhfəsini verəcək.
Daha sonra kənd ərazisindəki Nar bağına səfər edilib, qonaqlara kəndin turizm potensialı haqqında ətraflı məlumat verilib. 
Konfrans iştirakçıları Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş Talış kəndinə və Suqovuşan qəsəbəsinə səfər edərək, oranın turizm potensialı və ərazidə yenidənqurma  və bərpa  işləri ilə tanış olub, qəsəbədə şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzərək ehtiramlarını bildiriblər. 
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Naftalanda sağlamlıq turizmi potensialının inkişaf etdirilməsi istiqamətində irimiqyaslı işlər aparılıb. Naftalan – Talış – Suqovuşan istiqamətində mövcud yol infrastrukturunun istismara verilməsi region turizminin inkişafında mühüm əhəmiyyət kəsb edib.
Konfransın plenar iclası və panel müzakirələri növbəti gün davam etdiriləcək.
Qeyd edək ki, ötən ilin oktyabrında da beynəlxalq konfrans keçirilmişdir. İki gün davam edən Beynəlxalq Konfransa bir sıra xarici ölkənin nümayəndələri, ümumilikdə isə 100-dən çox iştirakçı qatılmışdır.
Naftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işə başlayıb - FOTOLARNaftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işə başlayıb - FOTOLARNaftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işə başlayıb - FOTOLARNaftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işə başlayıb - FOTOLARNaftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işə başlayıb - FOTOLARNaftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işə başlayıb - FOTOLARNaftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işə başlayıb - FOTOLARNaftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işə başlayıb - FOTOLARNaftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işə başlayıb - FOTOLARNaftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işə başlayıb - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 07 oktyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


yeni xeberler azerbaycan xeberleri son xeberler enson xeberler son xeberler bu gun xəbərlər.com sonxeber az