Naftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işini davam etdirib - FOTOLAR

Naftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işini davam etdirib - FOTOLARNaftalan Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, PMD Hospitality-nin birgə təşkilatçılığı ilə 2023-cü ilin 8 oktyabr tarixində "Naftalan-Sağlamlıq və Turizmin Sinerji Mənbəyi. Beynəlxalq Turizm Mərkəzinin İnkişaf Strategiyası" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans işinə plenar iclas və panel müzakirələr ilə başlayıb.  
Konfrans işinə başlamamışdan öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb və əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən stendlərə baxış keçiriblər. Naftalan haqqında videoçarx nümayiş etdirildikdən sonra konfransın plenar iclası öz işinə başlayıb.
Konfransda Naftalan ŞİH-nin başçısı Vüqar Novruzov açılış nitqi ilə qonaqları salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Həmçinin ölkəmizdə həyata keçirilən iqtisadi islahatların, xüsusilə də sahibkarlığın, biznesin inkişafının hər zaman dövlətin diqqət mərkəzində olmasını, bu sahədə ciddi uğurlar əldə edildiyini, paytaxtda və bölgələrdə yeni sosial-iqtisadi  layihələr həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, Beynəlxalq Elmi-Praktik Konfrans işgüzarlığı və səmərəliliyi ilə qarşılıqlı əlaqələrin qurulmasına, tibbi turizmin beynəlxalq səviyyədə inkişafına öz dəyərli töhfəsini verəcək.
AMEA-nın Prezidenti, Millət Vəkili İsa Həbibbəyli, Səhiyyə nazirinin müavini Nadir Zeynalov, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Azərbaycan Turizm Bürosunun İdarə heyətinin sədri Florian Zenqstşmit, SOCAR Prezidentinin müşaviri Xalik Məmmədov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, "PMD Hospitality" Baş tibb inzibatçısı Çingiz Hacıyev, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktor vəzifəsini icra edən Fərhad Quliyev, QHT-lərə dövlət dəstəyi agentliyinin icraçı direktoru Aygün Əliyeva, Litva Respublikasının Druskininkay şəhər merinin müavini Linas Urmanaviçius, Türkiyə Respublikasının Yalova şəhərinin Bələdiyyə Başkan yardımçısı Fatih Şahin, Almaniya Tibbi Sağlamlıq Assosiasiyasının prezidenti Lutz Lungvits, Rusiya Federasiyasının Kazan şəhərinin Turizm İnkişafı komitəsinin Turizm Sənayesi İnkişafı şöbəsinin müdiri Anna Strelkova, Qazaxıstan Respublikasının Astana şəhərinin Daxili Siyasət şöbəsi rəhbərinin müavini Miras Abdurahman, Özbəkistan Respublikasının Tibbi Turizm Assosiasiyasının prezidentinin müavini Axmad Axmedov çıxış edərək sağlamlıq və turizm fəaliyyətinin stimullaşdırılması, mövcud turizm potensialından istifadə imkanlarının qiymətləndirilməsi, turizm sənayesində maraqlı tərəflər arasında qarşılıqlı əlaqələrin qurulması, müalicəvi və tibbi, arxeo, aqro və eko turizmin inkişafı, beynəlxalq aləmdə Naftalanın turizm potensialının təbliğinə və təşviqinə imkan yaradılması yollarını xüsusi vurğulayıblar. 
Daha sonra konfrans işini üç panel üzrə davam etdirib. Panellərdə "Naftalanın sağlamlıq turizmi destinasiyasının qlobal marketinq perspektivləri", "Naftalanda dayanıqlı turizm idarəçiliyi: risklərin qorunması, təhlükəsizlik, elmi araşdırmalar və keyfiyyət standartlarının tətbiqi", "Naftalan və alternativ turizm imkanları: Arxeologiya, aqroturizm və ekoturizm perspektivləri" mövzusunda müzakirələr aparılıb. 
Konfransdan gözlənilən nəticələr müasir dövrdə sağlamlıq turizminin müxtəlif sahələrində qarşıya çıxan problemlərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması yollarını müzakirə edərək, təklif və tövsiyyələr hazırlamaq, eyni zamanda beynəlxalq aləmdə Naftalanın turizm potensialının təbliği və təşviqinə imkanlar  yaratmaqdır.
İki gün davam edən Beynəlxalq Konfransa 8 xarici ölkənin nümayəndələri, ümumilikdə isə 100 dən çox iştirakçı qatılıb.
Naftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işini davam etdirib - FOTOLARNaftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işini davam etdirib - FOTOLARNaftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işini davam etdirib - FOTOLARNaftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işini davam etdirib - FOTOLARNaftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işini davam etdirib - FOTOLARNaftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işini davam etdirib - FOTOLARNaftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işini davam etdirib - FOTOLARNaftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işini davam etdirib - FOTOLARNaftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işini davam etdirib - FOTOLARNaftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işini davam etdirib - FOTOLARNaftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işini davam etdirib - FOTOLARNaftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işini davam etdirib - FOTOLARNaftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işini davam etdirib - FOTOLARNaftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işini davam etdirib - FOTOLARNaftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işini davam etdirib - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 08 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


yeni xeberler azerbaycan xeberleri son xeberler enson xeberler son xeberler bu gun xəbərlər.com sonxeber az