Naftalanda iftar süfrəsi açılıb - FOTOLAR
Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və "Gold Naftalan" Müalicə Mərkəzinin təşkilatçılığı ilə 21 aprel 2022-ci il tarixdə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.
Tədbirdə ŞİH-nin başçısı Vüqar Novruzov, Millət Vəkili Anar Məmmədov, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki baş konsulu Zəki Öztürk, Respublika Ağsaqqallar Şurasının müavini Elmira Süleymanova, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı-heykəltaraş Ömər Eldarov, YAP Naftalan şəhər təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, Qafqaz Müsəlmanları İdarəsinin Goranboy və Naftalan üzrə nümayəndəsi, şəhid ailələri, qazilər iştirak edib.
Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, insanları xeyirxahlığa, birliyə dəvət edən, müqəddəs Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan iftar süfrələrinin təşkil edilməsi ölkəmizdə gözəl bir ənənəyə çevrilib. Həmçinin, icra başçısı vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu işğal altında olan Qarabağımızı azad etdi. Ordumuzun və xalqımızın sarsılmaz birliyi sayəsində tariximizə parlaq qəhrəmanlıq səhifəsi yazıldı.
Natiqlər qeyd ediblər ki, xalqımız Vətənimizin ərazi bütövlüyünün təmin olunmasında, şəhidlərimizin, qazilərimizin, müharibə iştirakçılarının fədakar fəaliyyətini, misilsiz səylərini, rəşadət və şücaətlərini yüksək dəyərləndirir, müqəddəs Ramazan ayında şəhidlərimizin ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına, ölkə başçımıza, ailəsinə və millətimizə Uca Allahdan sonsuz xeyir-dualar diləyir.
Daha sonra dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb, bu ayın insanlar arasında mənəvi saflığın tərənnümçüsü olduğu qeyd olunub.
Sonda tədbir iştirakçılarına hədiyyələr təqdim olunub.











Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı