Naftalanda Şəhidin ildönümü qeyd olundu - FOTOLAR
44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş Bəxtiyar Aslanovun il dönümü ilə əlaqədar Şəhidimizin məzarı ziyarət edilib, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, Naftalan şəhərində əziz xatirəsi ehtiramla anılıb.
Mərasimdə ŞİH başçısının müavini Arzu Məmmədov, Millət Vəkili Anar Məmmədov, YAP Naftalan şəhər təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər Ağsaqqallar Şurasının sədri və şəhər ictimaiyyəti iştirak edib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Şəhid Bəxtiyar Aslanov ölümündən sonra Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.





Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var