"Nar" ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyi davam etdirir
Ölkənin ən böyük səsli ədəbiyyat kitabxanasını yaratmaq məqsədilə "Nar" "Canlı kitab" sosial layihəsini davam etdirir.
Azxeber.com xəbər verir ki, bu günə qədər layihə çərçivəsində dünya və Azərbaycan ədəbiyyatından 35 müəllifin 276 əsəri ana dilimizdə audiokitab şəklində "YouTube" kanalında yerləşdirilib. "Radio Antenn" 101 FM-lə birgə hazırlanan layihənin məqsədi mütaliəni hər kəs, o cümlədən, görmə məhdudiyyətli şəxslər üçün daha əlçatan etməkdir.
Davamlı yenilənən "Canlı kitab" kanalında müxtəlif janrlarda və həcmlərdə olan bədii əsərləri asanlıqla dinləmək mümkündür. Bundan başqa, həftə sonları saat 12:00-dan 14:00-dək "Radio Antenn" 101 FM dalğasında "Canlı kitabı" birbaşa efirdə dinləmək mümkündür. Yayım eyni zamanda radionun və "Canlı kitab" verilişinin rəsmi "Facebook" səhifələrində aparılır.
"Canlı kitab" kanalını buradan izləyə bilərsiniz: youtube.com/c/CanlıKitab

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar