"Nar" "İlin mobil operatoru" adına layiq görüldü

"Nar", 17 dekabr tarixində keçirilən "Caspian Business Awards 2021" mükafatlandırma mərasimində "İlin mobil operatoru" adına layiq görülüb.
AZXEBEER.COM xəbər verir ki, seçim prosesində mobil operatorun ilboyu uğurla davam etdirdiyi müştəriyönümlülük strategiyası, müxtəlif kanallar üzərindən göstərilən yüksəkkeyfiyyətli müştəri xidmətləri və illik müsbət inkişaf göstəriciləri kimi mühüm faktorlar nəzərə alınıb.
Qeyd edək ki, mobil operator ötən hesabat dövründə abunəçi bazasında 5% artıma nail olub, həmçinin yüksəkkeyfiyyətli mobil internet xidməti sayəsində 4G istifadəçilərinin sayında 23% irəliləmə qeydə alıb. Bundan başqa, mühüm sosial əhəmiyyət kəsb edən layihələri ilə seçilən "Nar", daha çox Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə dəstək istiqamətində yönəlmiş layihələr də daxil olmaqla, son üç ildə sosial fəaliyyətlərə ümumilikdə, 3 milyon manatadək investisiya ayırıb.
"2021-ci il bizim üçün abunəçilərimizə fərdiləşdirilmiş məhsullar təqdim etdiyimiz, müştərilərimizlə yenilənmiş xidmət mərkəzlərində görüşdüyümüz, sosial layihəri uğurla davam etdirdiyimiz bir il olaraq yadda qaldı. Bugün bu mükafata layiq görülməyimiz mobil operator olaraq fəaliyyətimizin düzgün istiqamətdə qurulmasının göstəricisidir. Növbəti ildə də abunəçilərimizə vəd etdiyimiz üstün xidmət dəyərini qorumaq üçün böyük əzmlə çalışacağıq", - deyə "Nar"ın Baş icraçı direktoru Qunnar Panke bildirib.
Bildirək ki, mükafatın təsisçisi "Caspian Energy Club"un əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club"un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılması, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılması və onlarda fəal iştirak etməkdən ibarətdir.

İqtisadiyyat       Tarix: 20 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxəbərlər xeberler azerbaycan bugun xeberler son xəbər