Nar' Naxçıvanın İnkişaf Fonduna 250 000 AZN ianə etdi

Nar' Naxçıvanın İnkişaf Fonduna 250 000 AZN ianə etdi"Nar" Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralanmış və şəhid olmuş şəxslərin ailələrinin təminatına dəstək məqsədilə, Naxçıvan Muxtar Respublikasında yaradılmış Naxçıvanın İnkişaf Fonduna 250 min AZN ianə edib. Məqsəd, müharibə zamanı yaralanmış hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi sahəsində muxtar respublikada həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsidir.
"Nar" Novruz bayramı münasibətilə qalib Azərbaycan xalqını təbrik edir. Bu bayram ərəfəsində 44 günlük Vətən müharibəsi nəticəsində yaralanmış və şəhid olmuş şəxslərin ailələrinə dəstək olmağı özümüzün mənəvi borcu bilirik. Məqsədimiz, yaralanmış və şəhid olmuş şəxslərin ailələrinin sosial müdafiəsi proqramlarına dəstək olmaqla yanaşı, həmin ailələrin qayğı ilə əhatələnməsinə xidmət etməkdir", - deyə "Azerfon"un Baş icraçı direktoru Qunnar Panke deyib.
Xatırladaq ki, "Nar" 44 günlük Vətən müharibəsi zamanı zərər çəkmiş və şəhid olmuş şəxslərin ailələrinə dəstək məqsədilə müxtəlif layihələr həyata keçirib və bundan sonra da bu istiqamətdə layihələr icra etməkdə davam edəcək.
"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

İqtisadiyyat       Tarix: 22 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir


yeni xeberler azerbaycan xeberleri son xeberler maşın realiti şou son xəbərlər bugün 2026 novruz bayramı xeber.az