"Nar" şəbəkəsi Hadrutda və Cəbrayılda
Bütün ölkə ərazisində şəbəkəsinin əhatə dairəsini daim genişləndirən "Nar" işğaldan azad edilmiş bölgələri də öz şəbəkəsi ilə təmin etməkdədir.
Azxeber.com xəbər verir ki, Xocavənd rayonunun Hadrut qəsəbəsi və Cəbrayıl rayonunda 2G, 3G və 4G texnologiyalı baza stansiyaları işə salınıb. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin müasir və daimi şəbəkə infrastrukturu ilə təmin edilməsi istiqamətində "Qarabağ planı" çərçivəsində "Nar" Şuşa şəhərində də baza stansiyalarının quraşdırılması işlərini davam etdirir.
Əhalini keyfiyyətli internetlə təmin etməyi hədəfləyən "Nar" ümumilikdə 2021-ci ilin birinci rübü ərzində 50-dən çox yeni baza stansiyaları quraşdırıb. Bununla da mobil operator 5670-dən artıq baza stansiyası ilə ölkə əhalisini kəsintisiz internetlə təmin edir.
Qeyd edək ki, ötən ilin birinci rübü ilə müqayisədə bu ilin müvafiq dövründə LTE-A texnologiyası ilə ötürülən data trafikinin həcmi 22% artıb. Hazırda şəbəkədəki ümumi internetin təxminən 82%-i LTE-A texnologiyalı baza stansiyaları üzərindən verilir. Qeyd edək ki, "Nar"ın internet şəbəkəsi ölkə ərazisinin 89%-ni, ölkə əhalisinin isə 99,9%-ni əhatə edir.
Xatırladaq ki, Vətən müharibəsi dövründə "Nar" səyyar baza stansiyaları vasitəsilə işğaldan azad edilmiş əraziləri mobil rabitə ilə təmin edirdi.
Turlar.az [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar