"Nar"ın Baş icraçı direktoru: "Üstün xidmət müştərilər qarşısında əsas vədimiz və öhdəliyimizdir
"Nar"ın əsas hədəfi Azərbaycanın müştəriyönümlü mobil operatoru olmaqdır. Üstün xidmət müştərilər qarşısında əsas vədimiz və öhdəliyimizdir".
Bunu "Azerfon" MMC-nin Baş icraçı direktoru Qunnar Panke "Trend" İnformasiya Agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, mobil operatorun məqsədi müştərilər üçün həm sərfəli, həm də keyfiyyətli xidmət təqdim etməkdir. Bunun üçün mobil operator xidmət və satış mərkəzlərini yeniləməklə tamamilə yeni müştəri xidməti təcrübəsi və abunəçilərin real ehtiyaclarını qarşılayan məhsullar təqdim edir.
Q.Panke qeyd edib ki, ardıcıl olaraq 2 il "Nar"ın müştəri məmnuniyyəti indeksi üzrə lider olması da təsdiqləyir ki, abunəçilər mobil operatorun təkliflərini qiymətləndirir və ona güvənirlər: "Müştəriyönümlülük konsepsiyası bizi bütün prioritetlərimizə doğru istiqamətləndirir, xüsusilə təkliflərimizi hazırlamaqda, müştərilərimiz ilə qarşılıqlı münasibət qurmaqda bizi müşayiət edir. Müştəri ehtiyaclarını ən yaxşı anlayan mobil operator kimi bazarda lider mövqeyimizi qorumağa çalışırıq".
"Nar"ın bütün ölkə ərazisində LTE/LTE-A texnologiyalı baza stansiyalarının sayını artırması nəticəsində 2021-ci ilin birinci rübü ərzində 4G istifadəçilərinin sayı 32 % artıb. Q.Panke əlavə edib ki, işğaldan azad edilmiş əraziləri müasir və dayanıqlı şəbəkə ilə təmin etmək mobil operatorun prioritetlərindən biridir. Artıq Şuşa, Cəbrayıl, Hadrut qəsəbəsi də daxil olmaqla Xocavənd keyfiyyətli və kəsintisiz mobil şəbəkə ilə əhatə olunub. Mobil operatorun gələcək planları və hədəfləri barədə ətraflı danışan "Azerfon"un Baş İcraçı direktoru Q.Pankenin "Trend" İnformasiya Agentliyinə geniş müsahibəsini aşağıdakı keçiddən oxumaq olar:
Turlar.az [newsid: 0-123300]

Rejim dəyişikliyi yoxsa hakimiyyətin xilası? – İranda nələr baş verir?
Fərhad Mehdiyevin qızı faciəvi şəkildə həyatını itirdi
Ağ Ev yaxınlığında HƏYƏCAN - Hücum edildi
Əməkdar mədəniyyət işçisi ağır qəzaya düşdü - Fotolar
DÇ-2026: Argentina və Fransa mübarizəyə qoşulur
Fransa və Argentina mübarizəyə qoşulur - DÇ-nin təqvimi
Türkiyədə avtomobilin dərəyə aşması nəticəsində 3 uşaq ölüb
Avropa Liqası: "Qarabağ"ın rəqibi bəlli olacaq
Mən olmasaydım, İsrail mövcud olmazdı - Tramp
ABŞ bu ölkədə silah anbarı tikir
SON DƏQİQƏ! ABŞ–İran anlaşmasının TAM MƏTNİ
SON DƏQİQƏ! İranda şok: İnsanların evinə basqın edildi
Yeni Dövlət Proqramı aqrar sahədə intensiv inkişaf modelinə keçidi sürətləndirəcək
Məşhur rəqqasə qardaş dediyi iş adamı ilə sevgili oldu