Narkokuryer kokaini mənzilində axtarış əməliyyatı aparılan ev sahibinə çatdırdı - FOTO
Narkokuryer kokaini mənzilində axtarış əməliyyatı aparılan ev sahibinə çatdırdı - FOTO
Narkokuryer mənzilində polis əməliyyatı keçirilən ev sahibinə səkkiz kiloqram kokaini "müvəffəqiyyətlə" təslim edib.
"Liverpool Echo"nun məlumatına görə, hadisə Britaniyanın Merisayd qraflığının Hayton şəhərində baş verib.
Bildirilir ki, səhər saat 9-da polis cinayətdə şübhəli bilinən şəxsin evində axtarış aparıb. Həmin vaxt ev sahibinin yanına gözlənilmədən qonaq gəlib və ona oyuncaq qutusu şəklində paketi verib. Qutunun üzərində "yanğınsöndürən maşın"ın iki yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulduğu qeyd olunub.
Qutu polislərin marağını cəlb edib. Onu açdıqda isə içərisində 8 kq kokain aşkarlanıb.
Qeyd olunur ki, tapıntının dəyəri maddənin saflığından asılı olaraq 600 min funta (1 milyon 257 min manat) qədər ola bilər.
42 yaşlı ev sakini Böyük Britaniyaya narkotik idxalında şübhəli bilinərək saxlanılıb.




Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb