Narkotik vasitələr və psixotrop maddələr aşkarlandı - FOTO

Narkotik vasitələr və psixotrop maddələr aşkarlandı - FOTODövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitə-metadonun realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub.
KONKRET.az-ın komitəyə istinadən verdiyi xəbərə görə, həmin məlumata əsasən Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə yaradılan əməliyyat qrupu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində əməliyyat keçirib və Azərbaycan vətəndaşı Aslanov Qabil Əhməd oğlu üzərində olan bağlamadakı külli miqdarda narkotik vasitəni – 200 ədəd "metadon" həbini şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb və həmin narkotik vasitə aşkar edilərək götürülüb.
Davam etdirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində külli miqdarda "metadon"u Qabil Aslanova təhvil verən şəxslərin – Mirzəli Rza Yavər oğlunun və Rəsulova Əfsanə Əlimirzə qızının yaşadıqları Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən fərdi yaşayış evindən və istifadələrində olan minik nəqliyyat vasitəsindən, eləcə qrupun digər üzvü İsmayılzadə Pərvin Çərkəz oğlunun idarə etdiyi minik nəqliyyat vasitəsindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilmiş, ümumilikdə külli miqdarda narkotik vasitələr – 760 "metadon" həbi, 104,649 qram tiryək və psixotrop maddə – 68,175 qram "metamfetamin" aşkar edilərək götürülüb.
Başlanmış cinayət işi üzrə Aslanov Qabil Əhməd oğlu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, Mirzəli Rza Yavər oğlu, Rəsulova Əfsanə Əlimirzə qızı və İsmayılzadə Pərvin Çərkəz oğlu isə CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə qeyd edilən şəxslərin hər birinin barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, "metamfetamin" adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na, tiryək "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin I Siyahısı"na, "metadon" isə "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Hadisə       Tarix: 12 may 2022
f Paylaş

Oxşar xəbərlər

Bakıda qadın stəkanla döyüldü

Bakının Xəzər rayonunda 38 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. xəbər verir ki, hadisə Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində onların birgə yaşadıqları evdə baş verib. Masallı rayon sakini

Bakı-Quba yolunda yanğın 

Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində yol kənarındakı otluq sahədə baş verən yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alovun genişlənməsin

Bakıda 37 yaşlı kişi faciəvi şəkildə öldü

Sabunçu rayonunda 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Maştağa qəsəbəsinin sakini, 1989-cu il təvəllüdlü Azat Aşıroviç Yazklıçov yaşadığı evin damında təmir işləri aparan zaman elektri

Şahbuzdakı ağır qəzada ölənlərin FOTOLARI

Xəbər verdiyimiz kimi, Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Şahbuz rayonunda qeydə alınan hadisə nəticəsində üç nəfər ölüb. Qəzada həlak olan Nazim Abdullayev

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto

Madridin oyuncaq mağazalarının birində satışa çıxarılan yeni oyun seti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. -ın məlumatına görə, Avropada yaşayan həmyerlimizin "Facebook"da paylaşdığı təsvirlərdə Azərbayca

Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi 

Gəncədə qadın əməliyyatdan sonra ölüb. APA-ya istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən özəl xəstəxanaların birinə baş verib. Tərtər rayon sakini 1958-ci il təvəllüdlü K.Qasımova əməliyyatdan sonra ölüb. Məlumat

17 yaşlı tələbə qız faciəvi şəkildə öldü

Tərtər şəhərində 17 yaşlı qızın ölümü ilə nəticələnən hadisə baş verib. -ın Teleqraf-a istinadən xəbərinə görə, rayon sakini, 2009-cu il təvəllüdlü Ocaqova Aysu Nicat qızı ehtiyatsızlıqdan sirkə turşusu içib. Yaxınları onu

Qarışıq mallar mağazası kül oldu 

Zaqatalada qarışıq mallar mağazasında yanğın baş verib. -a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Danaçı kəndində qeydə alınıb. Kənd sakini Səbiət Rəbiət qızı İsayevaya məxsus qarışıq mallar mağazasınd

12 yaşlı oğlan faciəvi şəkildə öldü

Füzuli rayonunda 12 yaşlı oğlan atdan yıxılaraq ölüb. APA-ya istinadən zəbər verir ki, hadisə Zobucuq-5 qəsəbəsinin ərazisində baş verib. Qarğabazar kənd sakini 2014-cü il təvəllüdlü R.N. avqustun 14-də atdan yıxılaraq xətəxanay


azerbaycan xeberleri yeni xeberler son xeberler apa.az xeberler maşın realiti şou sou xeberler son xeber.az