NASA Aya çırpılan "Vikram"ın görüntüsünü yaydı - FOTO
NASA Aya çırpılan "Vikram"ın görüntüsünü yaydı - FOTO
NASA-ya məxsus Ayın orbital peyki Yerin təbii peykinin səthində Hindistanın "Vikram" aparatının qalıqlarını aşkarlayıb.
"RİA Novosti"nin məlumatına görə, bu barədə Kosmik Agentliyin saytında xəbər yayılıb.
NASA özünün "Twitter" hesabında dərc etdiyi fotoda aparatın müxtəlif qalıqlarını mavi və yaşıl rənglərlə işarələyib.
"Bizim Ay missiyası "Çandryan-2" layihəsinin "Vikram" eniş aparatını müəyyənləşdirib. Qarşınızda sərt eniş ərazisindən izlər var", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Hindistanın "Vikram" eniş modulu sentyabrın 7-də Ayın cənub qütbündə eniş etməli idi. Lakin enişə bir neçə dəqiqə qalmış İdarəetmə Mərkəzi onunla rabitəni itirib. Nəticədə, məlum oldu ki, aparat hədəf trayektorniyasından yayınaraq Ayın səthinə çırpılıb.
"Vikram" Ayın səthinə çəkisi 27 kiloqram olan altı təkərli "Praqyan" roveri çatdırmalı idi. Ehtimal olunurdu ki, rover orda bir Ay günü fəaliyyət göstərərək səthin mineral və element tərkibini öyrənəcək, həmçinin, yerli seysmik aktivliyi qeydə alacaq.
Tamamilə Hindistan istehsalı olan "Çandryan-2" layihəsinin dəyəri 125 milyon dollar qiymətləndirilirdi. Uğur əldə olunacağı təqdirdə Hindistan Yerin təbii peykinə yumşaq eniş edə bilmiş SSRİ, ABŞ və Çindən sonra dördüncü ölkə olacaqdı.

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb