NASA Kardaşyana görə açıqlama yaydı

NASA Kardaşyana görə açıqlama yaydıKim Kardaşyanın amerikalıların 1969-cu ildə Aya enməsini yalan adlandırması müzakirələrə səbəb olub.
azxeber.com xəbər verir ki, NASA-nın icraçı rəhbəri Şon Daffi, "Kardashian ailəsi" ("The Kardashians") şousunun yeni bölümündə Kim Kardashianın dediklərinə cavab vermək məcburiyyətində qalıb. Aktrisa Sara Polsonla söhbət zamanı Kim 1969-cu ildə amerikalıların Aya enmədiyinə inanmadığını bildirib.
Kardashian iddiasını guya astronavt Bazz Oldrinin "Aya enmə olmamışdı" sözlərini sitat gətirən bir yazıya əsaslandırıb. Bu bəyanat NASA tərəfindən dərhal təkzib olunub.
Şon Daffi sosial şəbəkə X (keçmiş Twitter) hesabında yazıb:
"Bəli, Kim Kardaşyan, biz artıq Ayda olmuşuq… Altı dəfə!"
O, həmçinin qeyd edib ki, "Artemis" Ay tədqiqat proqramı ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yenidən başladılıb və bu proqramın məqsədi Amerikanın kosmik yarışda lider mövqeyini bərpa etməkdir.
Xatırladaq ki, insan tarixində ilk Aya eniş 20 iyul 1969-cu ildə baş tutub — Neil Armstrong və Bazz Oldrin "Apollo-11" missiyası çərçivəsində Ay səthinə qədəm qoyan ilk insanlar olublar.
Sonradan yaranan konspirasiya nəzəriyyələri bu hadisənin guya səhnələşdirilmiş olduğunu iddia edirdi. Bu versiyalar Bill Kaysinqin "Biz heç vaxt Ayda olmamışıq" (1976) kitabı ilə məşhurlaşdı. "Ay saxtakarlığı" tərəfdarları fotolarda bayrağın yellənməsi, ulduzların görünməməsi və kölgələrin qəribə istiqamətdə düşməsi kimi detallara istinad edirdilər.
Lakin tanınmış astrofizik Nil Degrass Tayson dəfələrlə bu iddiaları rədd edib və bildirib ki, Aya enişi saxtalaşdırmaq, həqiqətən oraya getməkdən daha çətin olardı.

Şou Biznes       Tarix: 01 noyabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

10 yaşlı oğluna 1,6 milyon dollarlıq Ferrari hədiyyə etdi

On yaşlı uşaqların əksəriyyəti ad günlərində Lego dəsti və ya oyun konsolu almağı xəyal edir. Hollandiyalı avtomobil həvəskarının oğlu Jan onuncu ad günündə daha bahalı bir şey - 1,6 milyon dollar dəyərində Ferrari 599 GT

Bahalı saatı gündəm oldu

Türkiyəli məşhur aktyor Çağlar Ertuğrulun taxdığı saat gündəm olub. Həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb. Lüks saat həvəskarlarının da marağına səbəb olan bu modelin yüksək qiyməti fotodakı diqqətçəkən məqamlarda

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal zelzele cəbhədən son dəqiqə havanın temperaturu