Natia Turnava: "Xəzər qazının Avropaya Gürcüstan üzərindən tədarükü tarixi hadisədir"
"Xəzər dənizindən qazın Gürcüstan vasitəsilə Avropaya tədarükü reallığıa çevrilib. Biz hamımız həqiqətən də bölgə ölkələrinin çoxəsrlik arzusunun həyata keçdiyi tarixi prosesin iştirakçılarıyıq".
Publika.az xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında çıxışında deyib.
Onun sözlərinə görə, pandemiyaya baxmayaraq planlaşdırılan bütün tədbirlər həyata keçirilib: "Bu gün artıq gələcək planlar, hətta bu təşəbbüsdə Türkmənistanın da iştirakı müzakirə olunur. Həmçinin strateji tərəfdaşımız və dost ölkə olan Azərbaycanın həyata keçirdiyi yeni geoloji-kəşfiyyat işləri və yeni həcmlər barədə də danışılır. Biz bu dəhlizin və boru kəmərləri şəbəkəsinin gələcək genişlənməsi, digər Avropa, məsələn, Balkan ölkələrinin cəlb olunması məsələsini də nəzərdən keçiririk".
N.Turnava qeyd edib ki, Gürcüstanın "Şahdəniz" yatağından əldə etdiyi qazın həcmi ildən-ilə artır və bu da ölkənin enerji müstəqilliyini möhkəmləndirir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək