NATO, ABŞ və Aİ-nin Azərbaycana qarşı siyasəti birmənalı deyil - İran bu halda hərəkətə keçəcək

NATO, ABŞ və Aİ-nin Azərbaycana qarşı siyasəti birmənalı deyil - İran bu halda hərəkətə keçəcəkMəlum olduğu kimi, Avropa İttifaqının Ermənistandakı mülki missiyası növbəti dəfə Azərbaycana qarşı təxribat hazırlayır. Belə ki, dövlət sərhədinin yaxınlığına gələn 8 nəfər Aİ missiyasının üzvləri və erməni hərbçiləri müşahidə cihazları ilə ərazilərimizi müşahidə ediblər. Hadisənin Gorus istiqamətində baş verdiyi qeyd olunub.
Bəzi siyasi analtiklər vurğulayırlar ki, Aİ və NATO Ermənistan vasitəsilə Türkiyəyə qarşı da məkirli planlar hazırlayırlar.
Görəsən, sözügedən qüvvələrinin əsl niyyəti nədir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Ramiyyə Məmmədova qeyd edib ki, NATO, ABŞ və Aİ-nin Azərbaycana qarşı siyasəti birmənalı deyil:

"NATO-nun Yaxın Şəqdə olduğu kimi, Cənubi Qafqazda da müəyyən maraqları var. Baxın, bu təşkilatı ABŞ ilə ayırmaq olmaz. Həm NATO, həm də ABŞ eyni siyasəti yürüdürlər. Onsuz da alyansın başında Birləşmiş Ştatlar dayanır. Qurum adıçəkilən ölkənin maraqlarını qorumaqla məşğuldur. Rəsmi Vaşinqton hər zaman Cənubi Qafqazda möhkəmlənməyə çalışıb. Onların bölgədə təsir edə biləcəyi yeganə dövlət isə Ermənistandır. İstəmirlər ki, regionda sülh əldə olunsun. Əgər belə niyyətləri olsaydı, Ermənistana müxtəlif yollarla təsirlər edərdilər. Lakin biz hazırda fərqli mənzərə ilə qarşı-qarşıyıq. Onlar ermənilərə silah və maliyyə yardımı edirlər. ABŞ, NATO və Aİ bölgədə sülh istəmir. Azərbaycana qarşı siyasət birmənalı deyil".
Ekspert bildirdi ki, Türkiyə və NATO zaman-zaman müəyyən gərginlik yaşayıb:
"Alyans Türkiyə üzərindən də ölkəmizə, ümumilikdə isə bölgəyə nəzarət etməyə çalışıb. Rəsmi Ankara NATO-nun ikinci ən böyük ordusuna sahibdir. Son zamanlar təşkilatla adıçəkilən ölkə arasında müəyyən fikir ayrılıqları var. Türkiyənin müstəqil siyasət yürütməsi bəzən ABŞ və NATO-nu narahat edib. Ankara da bunu gözəl anlayır. Qeyd etdiyim kimi, bölgə həm də İrana nəzarət etmək üçün ABŞ və NATO, eyni zamanda Aİ üçün önəmlidir. Bu öhdəliyi isə üzərinə Ermənistan götürüb. Rəsmi Tehran Ermənistan tərəfindən özünə qarşı hər hansısa xoşagəlməz addım görsə, cavab verəcək. Lakin son zamanlar müşahidə olunan başqa bir məqam isə İranla ABŞ-nin müəyyən qədər yaxınlaşmaq istəyidir. Müttəfiq qüvvələrin əsas planı Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmaqdır".
Məlik Məlikov,
KONKRET.az

Siyasi       Tarix: 11 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:


son xeberler azerbaycan xeberleri yeni xeberler gunun xeberleri son xeberler bugun 2026 canli son xeberler bugun kriminal